"Cənub qaz dəhlizi" layihəsi həm Azərbaycana, həm də, layihədə iştirak edən digər ölkələrə fayda verəcək. Bu barədə Rusiyanın "Milli Enerji təhlükəsizliyi Fond"nun analitik idarəsinin rəhbəri Aleksandr Paseçnik deyib.
"Cənub qaz dəhlizi"nin reallaşmasından bütün cəlb olunmuş tərəflər faydalanacaq. Layihə infrastruktur inkişafa təkan verəcək ki, bu da iştirakçı ölkələrin iqtisadiyyatlarına multiaktiv təsir göstərəcək", - deyə Paseçnik bildirib.
Ekspet vurğulayıb ki, layihə rəqabətin artmasına gətirib çıxaracaq, ilk növbədə Türkiyə bazarında.