Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Amalımız inkişafa, səsimiz İlham Əliyevədir!

Tarix:26-03-2018, 21:10

Amalımız inkişafa, səsimiz İlham Əliyevədir!

Ağdaş

11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən pezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonunda uğurla davam edir. Bu gün təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş rayonun Kotanarx, Nehrəxəlil və Cardam kəndlərinin seçicilərilə olub.

Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin sədri, Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, prezident seçkilərində İlham Əliyevin namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsinin ölkə ictimaiyyəti tərəfindən böyük sevinc və rəğbətlə qarşılanıb. O, vurğulayıb ki, 2003-2018-ci illərdə Cənab İlham Əliyevin rəhbərliyi altından möhtəşəm tarixi nailiyyətlərə imza atılıb. C.Osmanov dövlətimiz tərəfindən ölkə vətəndaşlarına göstərilən diqqət və və qayğıdan söz açaraq bildirib ki, ağdaşlaşlılar da bu qayğını hər zaman üzərilərində hiss edirlər. Ağdaşlıların hər zaman dövlətə-dövlətçiliyə sadiq insanlar olduğunu vurğulayan millət vəkili bütün xalqımız kimi ağdaşlı seçicilərin də seçimi məhz İlham Əliyevin olacağına əminliyini ifadə edib.

Görüşdə təbliğat qrupunun üzvlərindən Sevgili İbrahimova və Anar Şahmuradov çıxış edərək, seçiciləri ölkəmizin gələcək inkişafının qarantı, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə yekdil şəkildə dəstək olmağa və səsvermə günü həmrəylik nümayiş etdirməyə çağırıblar.

Seçicilər adından çıxış edən Sadayə Qocayeva, Araz Yusubov, Yeganə Həsənova və Sədaqət Şavəddinova bildiriblər ki, onlar artıq seçimlərini ediblər və seçimləri əlbəttə ki, Yeni Azərbaycan Partiyasının namizədi, ölkə başçısı Cənab İlham Əliyevdir. Çıxışçılar bildiriblər ki, İlham Əliyevə səs verməklə sabitliyə, əmin-amanlığa, davamlı inkişafa səs vermiş olacaqlar. Kotanarx, Nehrəxəlil və Cardam kəndlərinin seçiciləri onu da vurğulayıblar ki, aprel 11-də hamılıqla seçki məntəqələrinə gedərək, öz seçimlərini təsdiq edəcəklər.

Qax

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kompaniyası çərçivəsində Qax rayonun Turaclı, Marsan, Çüdüllü kəndlərinin seçicililəri ilə görüş keçirilmişdir. Seçicilərlə görüşdə iştirak edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Göyçay rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Eldəniz Şabanov, Babək Heydərov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdəki inkişaf tempindən, iqtisadi cəhətdən güclənərək dünya arenasında tutduğu mövqedən və gələcək planlardan danışıblar.

Daha sonra Cənab İlham Əliyevin qaxlılara göstərdiyi diqqət və qayğı nəticəsində son illər rayonda istifadəyə verilən təhsil müəssisələri, səhiyyə, mədəniyyət obyektləri, əhalinin istirahəti üçün açıln park və istirahət yerləri, aparılan abadlıq quruculuq işləri barədə geniş məlumat verilib. Qeyd olunub ki, 11 apreldə bu inkişafın davamına – Cənab İlham Əliyevə səs vermək bizim mənəvi borcumuzdur.

Kənd sakinlərindən Vaqif Allahverdiyev, Sədrəddin Nəzirov, Sərvan Omarov və digərləri çıxış edərək qeyd etdilər ki, xalqın gözü tərəzidir. Biz azərbaycanlılar pisi yaxşıdan seçməyi bacarırıq. Cənab Prezidentimizin xalqımıza etdiyi yaxşılıqları heç vaxt unutmarıq. Biz böyük coşqu ilə seçkiyə gedəcəyik və öz LİDERİMİZƏ - Cənab İlham Əliyevə səs verəcəyik.

Zərdab

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Zərdab rayonunda seçicilərlə görüşlər uğurla davam etdirilir. Növbəti belə görüş rayonun I Alıcanlı, II Alıcanlı, Cilovxanlı kəndlərindən olan seçicilərlə keçirilib.

Görüşdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı Cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edib. O, qeyd edib ki, artıq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən prezident seçkilərinə az vaxt qalıb. Pərvin Mahmudova kənd seçicilərini Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.

Daha sonra çıxış edənlər - Təbliğat qrupunun üzvləri Mənsim Pənahov, Ziyad Xancanov, Telman İsmayılov, Fiqura Abbasova, Şahnaz Mustafayeva qeyd ediblər ki, Azərbaycanın sürətli inkişafı, insanların sosial rifah halının daha da yaxşılaşması, yeni iş yerlərinin açılması və digər müsbət reallıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Nəzərə çatdırılıb ki, xalqımız cənab İlham Əliyevi dəstəkləyir, çünki dövlətimizin başçısı ölkəmizi yeni nailiyyətlərə və möhtəşəm qələbələrə aparır.

Görüşlərdə seçicilər adından çıxış edən kənd sakinləri Zabit Qəribov, Əlişah Cavadov, Əli Fərəcov da artıq öz seçimlərini etdiklərini və 11 aprel tarixində seçki məntəqələrinə gələrək sabitliyə, uğurlu gələcəyə və bunun qarantı olan cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini bildiriblər.

Laçın

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı YAP Laçın rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində Bakı şəhərinin Nərimanov rayonunda Laçından olan qaçqın və məcburi köçkünlərlə görüş keçirib.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov Cənubi Qafqazın ən böyük partiyası olan YAP-ın ötən müddət ərzində Azərbaycanın müasir və dinamik inkişaf edən ölkə kimi nüfuzunun daim artmasında mühüm rol oynadığını qeyd edib. "Bu möhtəşəm proses indi də davam edir"-deyə qeyd edən rayon təşkilatının sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında partiyamız milli maraqların ifadəçisi kimi, Azərbaycanın hərtərəfli inkişafına öz töhfəsini verir, hər bir vətəndaşın siyasi və iqtisadi iradəsinin ən yüksək formada təmin olunmasına şərait yaradır: "Bu gün əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyevin ideya və arzuları ən ali səviyyədə həyata keçirilir. Azərbaycan xalqı növbəti seçki ərəfəsindədir və biz laçınlıların da amalı inkişaf və tərəqqi olmaqla yanaşı, səsimizi Cənab İlham Əliyevə verəcəyik".

Çıxış edən millət vəkili Mahir Abbaszadə son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarından danışıb. O deyib ki, müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. "Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb". - deyən natiq qarşıdan gələn seçkilərdə vətənini, dövlətini sevən hər bir vətəndaşın cənab İlham Əliyevə səs verəcəyini vurğulayıb.

Görüşdə çıxış edən rayon ağsaqalları və ziyalıları Murad Hüseynov, Fəxrəddin Paşayev, Nizami Quluyev, Hüquq üzrə fəlsəfə doktoru Mikayıl Zeynalov, gənc YAP fəalı Mehri Çıraqova və başqaları çıxış edərək bildirdilər ki laçınlılar YAP-ın namizədi İlham Əliyev cənablarına səs verəcəklər.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident