Absheron Media
Haqqımızda Bizimlə əlaqə

TÜRKPA və Türk Şurası Abşeronda bir sıra seçki məntəqələrini ziyarət edəcəklər

Tarix:6-04-2018, 18:44

TÜRKPA və Türk Şurası Abşeronda bir sıra seçki məntəqələrini ziyarət edəcəklər


TÜRKPA 11 aprel 2018-ci il tarixində Azərbaycanda keçiriləcək Prezident seçkilərini müşahidə edəcək.

TÜRKPA-nın məlumatına görə, missiyanın tərkibinə Qazaxıstan Parlamenti Məclisinin üzvü Berik Ospanov, Qırğız Respublikasının Jogorku Keneşinin üzvləri Duişon Torokulov və Salaidin Aydarov, Türkiyə Böyük Millət Məclisinin deputatları Haluk İpek və Ceyhun İrgil daxildir.

Müşahidə proqramı çərçivəsində müşahidəçilər missiyasının Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşləri planlaşdırılır.

Səsvermə günü müşahidəçilər seçki prosesini yaxından izləmək məqsədi ilə Sumqayıt və Abşeronda bir sıra seçki məntəqələrini ziyarət edəcəklər.

Bundan əlavə TÜRKPA nümayəndə heyəti Türk Şurası Baş katibinin müavini Ömer Kocamanın başçılıq etdiyi və Şuranın Katibliyinin ekspertləri və əməkdaşlarından ibarət Türk Şurası müşahidə missiyası ilə birgə seçkilərin müşahidəsini aparacaqdır. Türk Şurasının proqramına Şəki və Quba rayonlarına da ziyarət daxildir və bu çərçivədə hər iki tərəf səsvermə məntəqələrindəki vəziyyətə dair məlumat mübadiləsi aparacaq.

11 aprel tarixində TÜRKPA parlamentarilərinin müşahidə fəaliyyəti ilə bağlı ilkin nəticələrin təqdimatı gözlənilir. 12 aprel tarixində isə TÜRKPA və Türk Şurası müşahidə missiyası seçkilərin nəticələrinə dair birgə bəyanat təqdim edəcək.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident