Şəmkir şəhərində 54 mənzilli yeni yaşayış binası inşa olunur.Rayon icra hakimiyyətindən bildiriblər ki, Prezident İlham Əliyevin Şəmkirdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamına əsasən şəhərin qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 54 mənzilli 1 yaşayış binasının tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ayırdığı vəsait hesabına inşa olunan yaşayış binasında işlər sürətlə davam etdirilir. Sakinlər isə inşaat işlərinin sona çatacağı və yeni evlərinə qovuşacaqları günü səbirsizliklə gözləyirlər.