Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərini müşahidə etmək üçün 890 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) və Dairə Seçki Komissiyalarında (DSK) qeydiyyatdan keçib.Bu barədə açıqlamasında MSK-nın Media və ictimai əlaqələr şöbəsinə müdiri Şahin Əsədli deyib. Onun sözlərinə görə, seçkiləri 60 beynəlxalq təşkilatın nümayəndələri müşahidə edəcək.
Ş.Əsədli qeyd edib ki, beynəlxalq müşahidəçilər 59 ölkəni təmsil edirlər. Seçkini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı isə 56864 nəfərdir.