Ötən gün Naxçıvan şəhərində “Miraj Gold” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan qızıl və gümüş zinət əşyaları hazırlayan fabrik istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müəssisənin açılışını bildirən lenti kəsib.
Qeyd olunub ki, bu müəssisə muxtar respublikada zinət müəssisələr yaratmaqla tələbatın daxili imkanlar hesabına ödənilməsinə çalışır. Qızıl və gümüş zinət əşyaları istehsalı sahəsinin yaradılmasına Sahibkarlığa Kömək Fondundan 600 min,şirkətin daxili imkanları hesabına isə 2 milyon 700 min manat vəsait sərf olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada yeni bir sahənin – zinət əşyaları müəssisəsinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib.