İran mediası Azərbaycanda keçirilən prezident seçkilərini diqqət mərkəzində saxlayır.
İranın İRNA Dövlət İnformasiya Agentliyi prezident seçkiləri ilə əlaqədar ətraflı məlumat yayıb. Agentlik bildirir ki, səsvermə üçün 5 min 641 seçki məntəqəsində təşkil olunub. Ölkənin 5 milyon 309 min səsvermə hüququ olan vətəndaşı var. Seçkiləri 60 beynəlxalq təşkilatın 890 nümayəndəsi və 58 min 175 yerli müşahidəçi izləyir. Seçki prosesini işıqlandırmaq üçün 118 xarici jurnalist akkreditasiyadan keçib. Səsvermə sakit və şəffaf şəraitdə davam edir, hələlik heç bir qanun pozuntusu qeydə alınmayıb.
İranın digər KİV-ləri də Azərbaycanda keçirilən prezident seçkiləri haqqında informasiyalar yaymaqda davam edirlər.