Xəbər verildiyi kimi, builki prezident seçkilərini izləmək üçün müxtəlif ölklərdən və beynəlxalq təşkilatlardan 890 müşahidəçi akkredidatsiya olunub. Onlar müxtəlif seçki məntəqələrində səsvermənin gedişini izləyiblər.Yasamal rayonu ərazisindəki seçki məntəqələrində qarşılaşdığımız ATƏT-in İsveçrədən və Fransadan olan müşahidəçiləri Lenart Stiq və Constonce Seignovert, MDB-dən olan Gennadi İsakov və Mariya Osipova, Böyük Britaniya parlamentinin təmsilçiləri lord Evans Vatford, David Chlores, Morries David Thomas, Evans Ben Arthus, Latviya Mərkəzi Seçki Komissiyasının üzvləri Eqlas Ritvars və Verners Valdis də seçki zamanı qanun pozuntusu ilə rastlaşmadıqlarını bildirdilər. Onlar yüksək təşkilatçılığa görə minnətdarlıqlarını bildirdilər.