Seçkilər zamanı seçki qanunvericiliyinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğu orqanlarına hər hansı müraciət daxil olmayıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Saat 08:00-da başlayan səsvermə 19:00-da yekunlaşıb. Prezident postu uğrunda 8 namizəd mübarizə aparıb.
Seçki prosesini 894 beynəlxalq müşahidəçi izləyib. Onlar 61 beynəlxalq təşkilatı və 59 ölkəni təmsil ediblər. Yerli müşahidəçilərin ümumi sayı isə 58175 olub. Ümumilikdə seçkiləri 50-dən çox xarici KİV-in 118 təmsilçisi işıqlandırıb.