Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İlham Əliyevin prezident seçkilərində möhtəşəm qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir.

Tarix:12-04-2018, 13:00

İlham Əliyevin prezident seçkilərində möhtəşəm qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir.


Yeni Azərbaycan Partiyası prezident seçkilərinin başa çatması ilə bağlı təntənəli tədbir təşkil edib

Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkilərinin başa çatması ilə bağlı Bakıda təntənəli tədbir keçirib.

Partiyanın mərkəzi qərargahının qarşısındakı Sahil bağında keçirilən tədbirdə YAP-ın rəhbər strukturlarının və şəhər ictimaiyyətinin nümayəndələri, partiyanın çoxsaylı fəalları iştirak ediblər.

Seçkiöncəsi YAP-ın təşkil etdiyi “İlhamla irəli” təşviqat kampaniyasının əzəmətli yekun tədbiri olan toplantıda çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini–icra katibi Əli Əhmədov iştirakçıları prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edib. O deyib: “Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Bu münasibətlə hörmətli Prezidentimizi və Yeni Azərbaycan Partiyasını təbrik edirəm. Bu qələbə İlham Əliyevin möhtəşəm qələbəsidir. Bu qələbə, eyni zamanda, bütün Azərbaycan xalqının qələbəsidir. Ona görə ki, İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi Azərbaycanın yeni inkişafı, yüksəlişi, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının öz gələcəyinə ümidlə baxması deməkdir. Buna görə də bütün Azərbaycan xalqı bu qələbəni hamılıqla bayram edir. Bu gün Bakının hər bir güşəsində keçirilən şənlik bu qələbə ilə əlaqədardır. Azərbaycan xalqı bu qələbəni qeyd etməyi özünə borc bilir. Azərbaycanın Prezidenti olmaq İlham Əliyevin taleyidir, alın yazısıdır”.

Əli Əhmədov vurğulayıb ki, Azərbaycanın bu günü də, gələcəyi də İlham Əliyevlə bağlıdır. Seçkilərdəki qələbə növbəti yeddi ildə Azərbaycanın inkişafı, 15 ildə başlanılmış işlərin davam etdirilməsi, nailiyyətlərin daha da artırılması deməkdir. “Hesab edirəm ki, bu qələbənin əsasında Azərbaycan xalqının İlham Əliyevə olan dərin etimadı, inamı dayanır. Xalq öz rəhbərinə inandı və ona səs verdi. Bu qələbənin qazanılmasında Yeni Azərbaycan Partiyasının, sizin hər birinizin böyük zəhməti var. Bizim gənclərimiz, qadınlarımız, ağsaqqallarımız - hər kəs İlham Əliyevin qələbəsini təmin etmək üçün əlindən gələni etdi, bu qələbəyə öz töhfəsini verdi. Göstərdiyiniz fədakarlığa görə sizin hər birinizə minnətdarlığımı bildirmək istəyirəm. Bu qələbəni Azərbaycan xalqının İlham Əliyevə inam və etimadı, Yeni Azərbaycan Partiyasının hər bir üzvünün öz sədrinin yolunda fədakarlıq göstərmək istəyi təmin edib”, - deyə YAP sədrinin müavini–icra katibi vurğulayıb.

Ə.Əhmədov seçkilərdə parlaq qələbə qazanaraq yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyevi tədbir iştirakçıları, partiyanın bütün üzvləri adından təbrik edib, ona Azərbaycanın inkişafı, xalqımızın rifahı naminə yeni-yeni uğurlar diləyib.

Azərbaycan Milli Elmlər Akademiyası prezidenti, akademik Akif Əlizadə çıxış edərək deyib ki, bu gün ölkəmizin həyatında olduqca əlamətdar, tarixi bir gündür. Bütün xalq bayram əhval-ruhiyyəsindədir. Müdrik və qədirbilən Azərbaycan xalqı növbəti dəfə tarixi bir seçim edib. Mürəkkəb iqtisadi və siyasi reallıqlarla müşayiət olunan müasir dövrdə sabitliyə, inkişafa, sosial-iqtisadi, mədəni-mənəvi tərəqqiyə, demokratik dəyərlərə, İlham Heydər oğlu Əliyevə səs verib.

“Bu böyük tarixi qələbəyə bütün xalqımız sevinir. Azərbaycan ziyalıları, respublikamızın intellektual elitası bu gün xüsusi qurur və sevinc hissləri yaşamaqdadır. Çünki bu qələbə siyasi liderin fərdi uğuru, şəxsi nailiyyəti olmaqdan daha çox xalqın öz tarixi taleyi qarşısında milli məsuliyyətin və vətəndaş cavabdehliyinin göstəricisidir. Bu qələbə həm də Yeni Azərbaycan Partiyasının qələbəsidir. Bu partiya həyata keçirdiyi missiyanın ümummilli miqyası baxımından xalqımızın bütün təbəqələrini, xüsusən çoxsaylı ziyalıları öz ətrafında birləşdirən ümummilli hərəkat olaraq meydana çıxıb. Bu partiya 30 ilə yaxın müddətdə müstəqil Azərbaycanla birgə addımlayıb, onunla eyni uğur, inkişaf taleyi yaşayıb. Yeni Azərbaycan Partiyasının liderinin növbəti dəfə prezident seçilməsi onu sübut edir ki, partiya bu gün də Azərbaycanın sabaha gedən yollarına işıq salmaqdadır. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Siz YAP-ın lideri İlham Əliyevə səs verməklə, eyni zamanda, Azərbaycanın inkişafına, işıqlı gələcəyinə, demokratik inkişaf yoluna, ölkəmizin sosial-iqtisadi tərəqqisinə səs vermisiniz”, - deyə Akif Əlizadə qeyd edib.

Tədbir tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.

Sonda möhtəşəm atəşfəşanlıq olub.
İlham Əliyevin prezident seçkilərində möhtəşəm qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir.

İlham Əliyevin prezident seçkilərində möhtəşəm qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir.

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir