Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Fövqəladə Hallar Nazirliyində “İnşaatçılar Günü” münasibətilə tədbir keçirilib.

Tarix:12-04-2018, 16:48

Fövqəladə Hallar Nazirliyində “İnşaatçılar Günü” münasibətilə tədbir keçirilib.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında 10 aprel - İnşaatçılar Günü münasibətilə tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, FHN işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Ragim Lətifov iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

FH işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə hər il aprelin 10-nun inşaatçıların peşə bayramı günü kimi qeyd olunması bu sahədə çalışan şəxslərin əməyinə dövlət səviyyəsində verilən yüksək qiymətdir. O, FHN-in müvafiq sahədə çalışan əməkdaşlarının da ölkədə gedən tikinti, quruculuq və abadlıq işlərinə xüsusi töhfə verdiklərini vurğulayaraq, onları peşə bayramı münasibətilə təbrik edib.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Ragim Lətifov dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən genişmiqyaslı və sürətli islahatların tikinti sahəsinin də inkişafına şərait yaratdığını, nəticədə ölkəmizdə tikinti, quruculuq və abadlıq işlərinin geniş vüsət aldığını, şəhər və kəndlərimizin simasının ildən-ilə gözəlləşdiyini, misilsiz memarlıq incilərinin yaradıldığını diqqətə çatdırıb. Nazir müavini bu işlərin reallaşdırılmasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının da böyük zəhmətinin olduğunu bildirib. O, Agentliyin əməkdaşlarının təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işində göstərdikləri xidmətləri yüksək qiymətləndirib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızda tikinti sektorunun sürətli inkişafından danışıb, milli memarlıq nümunələrinin yaradılmasından söz açıb. Qeyd edib ki, inşaat-memarlıq sənətinin incəliklərini dərindən bilən Heydər Əliyev inşaatçıların əməyini daim yüksək qiymətləndirib. Ümummilli Liderimizin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində hazırda tikinti sektorunun inkişafında yüksək dinamizm müşahidə olunur. Vətən qarşısında böyük xidmətləri olan digər görkəmli inşaatçılarımızla yanaşı, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssislərinin də tikinti sahəsində dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak etdiklərini vurğulayan C.Xanlarov Agentliyin əməkdaşlarını təbrik edərək onlara uğurlar arzulayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov ölkəmizdə aparılan tikinti-quruculuq, bərpa-abadlıq işlərində FHN-in aidiyyəti qurumlarının da böyük rolu olduğunu diqqətə çatdırıb, tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik edib.

Toplantıda FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları Xəlil Osmanov və Dilarə Qasımova da çıxış edərək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Tədbirdə İnşaatçılar Günü münasibətilə FHN işçilərinin həmkarlar ittifaqının icraiyyə komitəsi tərəfindən nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində çalışan, yubiley yaşları tamam olan və vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusilə fərqlənmiş əməkdaşlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Bundan əlavə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 25 illik yubileyi” döş nişanı, daha üç əməkdaş isə fəxri fərman ilə təltif ediliblər.

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir