Moldovanın nüfuzlu və geniş oxucu auditoriyasına malik olan "Tribuna" informasiya agentliyində "ASAN xidmət" barədə "Азербайджанский "АSAN Хidmət" - инновационный шаг в сфере оказания государственных услуг и пример для многих стран" (Azərbaycanın "ASAN xidmət" modeli ictimai xidmətlərin göstərilməsi sahəsində yenilikçi addım və bir çox ölkələr üçün nümunədir) adlı böyük məqalə dərc olunub."ASAN xidmətin" Azərbaycanın brendi olduğu, beynəlxalq aləmdə tanındığı, yeni yaranmış Moldova Respublikasının Dövlət xidmətləri agentliyinin Azərbaycanın "ASAN xidmət" təcrübəsindən istifadə etdiyi barədə məlumat yer alıb.
Məqalənin mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: http://tribuna.md/ru/2018/04/13/ru-азербайджанский-asan-xidmət-инновационный/