Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 54-cü kitabı çapdan çıxıb.

Tarix:14-04-2018, 18:45

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 54-cü kitabı çapdan çıxıb.


“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 54-cü kitabı çapdan çıxıb.

"Mən heç şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu deməyə bir neçə əsas amil var - iqtisadi imkanlar, beynəlxalq mövqemiz, beynəlxalq hüquq normaları və Azərbaycan Ordusunun qüdrəti. Mən əminəm və bir daha demək istəyirəm ki, işğala son qoyulandan sonra hazırda işğal altında olan bütün torpaqlar gözəlləşəcək, orada abadlıq işləri aparılacaq, yeni müəssisələr yaradılacaqdır. Biz öz tarixi və dini abidələrimizi bərpa edəcəyik. Erməni faşizminin, erməni vəhşiliyinin törətdiyi cinayətlərin fəsadlarını aradan qaldıracağıq. Ölkəmiz uğurla inkişaf edəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu etmək üçün biz bütün sahələrdə daha fəal olmalıyıq. İlk növbədə, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir və getməlidir".

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 54-cü kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2012-ci il dekabrın 15-də Füzuli rayonuna səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 54-cü kitabındakı materiallar 2012-ci ilin noyabrından 2013-cü ilin fevralınadək olan dövrü əhatə edir.

Bu kitab Azərbaycan Prezidentinin BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi ilə görüşünə dair informasiya ilə başlanır.

Nəşrdə dövlətimizin başçısının Sinqapur Respublikasına dövlət səfərinə, Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri zamanı keçirdiyi görüşlərə dair materiallar, "CNN International" televiziya kanalına müsahibəsinin mətni, habelə Azərbaycana işgüzar səfərə gəlmiş Ukrayna Prezidenti ilə görüşünə dair informasiya yer alıb.

Çoxcildliyin bu kitabına Azərbaycan Prezidentinin Rusiya, ABŞ, Hindistan, Ukrayna, Bolqarıstan, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Serbiya, Argentina, Latviya, Polşa, Böyük Britaniya və digər dövlətlərin, Avropa İttifaqı, Avropa Komissiyası, ATƏT, AŞPA, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı və digər beynəlxalq qurumların ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, nümayəndə heyətlərini qəbul etməsinə dair materiallar toplanıb.

Nəşrdə Azərbaycan Prezidentinin ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin, o cümlədən VII İnternet İdarəçilik Forumunun, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının, "Xəzər: ətraf mühit üçün texnologiyalar" Beynəlxalq Ətraf Mühit Sərgisinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 40-cı plenar sessiyasının, "Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumunun, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV Qurultayının və digər tədbirlərin iştirakçılarına müraciətləri yer alıb.

Dövlətimizin başçısının respublikamızın paytaxtında keçirilən tədbirlərdə, o cümlədən "Bakutel-2012" XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində, Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyinə və Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimlərdə iştirakına və çıxışlarına dair materiallar daxil edilib.

Bu cilddə, Azərbaycan Prezidentinin Füzuli və Qusar rayonlarına, Sumqayıt şəhərinə səfəri zamanı regionlarda mövcud problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən sosial proqramların icrasına, bölgə ictimaiyyəti ilə görüşlərinə, bölgələrdə və respublikanın paytaxtında aparılan abadlıq-quruculuq işləri ilə tanışlığına, mədəni-məişət, sosial-sənaye müəssisələrinin açılışında iştirakına dair materiallar, Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasda nitqləri və digər tədbirlərdə çıxışlar əksini tapıb.

Bu cilddə Prezident İlham Əliyevin "Rossiya-24" telekanalına müsahibəsinin mətni ilə də tanış olmaq mümkündür.

Kitaba "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri daxil edilib.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident