Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İlham Əliyev konfrans iştirakçılarına məktub ünvanlayıb.

Tarix:18-04-2018, 20:12

İlham Əliyev konfrans iştirakçılarına məktub ünvanlayıb.


Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatı (İƏT) gənclər və idman nazirlərinin IV konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli konfrans iştirakçıları! Sizi – İslam Əməkdaşlıq Təşkilatı gənclər və idman nazirlərinin IV konfransının iştirakçılarını səmimi qəlbdən salamlayır, hər birinizə işlərinizdə uğurlar diləyir və əmin-amanlıq arzulayıram.

Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasına nail olduğu ilk illərdən etibarən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən biri kimi bu təşkilatın fəaliyyətində iştirakına xüsusi əhəmiyyət verir və öz xarici siyasət kursunun əsas istiqamətlərindən biri hesab edir. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin də Azərbaycanın haqlı mövqeyini daim dəstəkləmələri ölkəmizdə həmişə təqdirlə qarşılanır.

Ötən dövr ərzində iqtisadi gücü və siyasi nüfuzu durmadan artan respublikamız xüsusən son illərdə bir sıra beynəlxalq əhəmiyyətli mötəbər tədbirlərin yüksək səviyyədə keçirildiyi məkana çevrilmişdir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələr Azərbaycanın böyük İslam sivilizasiyasının təşəkkülündə özünəməxsus mövqeyinə diqqəti bir daha yönəldib.

Azərbaycan İslam ölkələri gənclərinin həmrəyliyinin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır. Bizim təşəbbüsümüzlə Bakıda 2004-cü ildə İslam Əməkdaşlıq Təşkilatı tarixində ilk dəfə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu təsis edilmiş və Forumun birinci iclası da burada keçirilib.

Ölkəmiz idman sahəsindəki əməkdaşlığı da xalqlarımız arasında həmrəyliyin mühüm amillərindən biri hesab edərək bu istiqamətdə mühüm addımlar atmışdır. Biz Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan edildiyi 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmiş, bu oyunların beynəlxalq standartlara tam uyğun və mütəşəkkil keçirilməsinə nail olmuşuq.

Əminəm ki, konfransınız İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gənclər və idman sahəsində əməkdaşlığının bundan sonra daha da gücləndirilməsi ilə bağlı geniş müzakirələr aparacaq, qarşılıqlı əlaqələrimizin yeni inkişaf yollarını müəyyən edəcək".

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib