Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İşəgötürənlərə və qadın işçilərə əmək hüquqları ilə bağlı məlumat verilib

Tarix:19-04-2018, 23:56

İşəgötürənlərə və qadın işçilərə əmək hüquqları ilə bağlı məlumat verilib


Qanunvericilik hamilə va ya 3 yaşına çatmamış uşağının olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanılmasından imtina olunmasını yolverilməz hesab edir və bu kateqoriyaya aid qadınlar üçün həftəlik iş vaxtının müddətinin 36 saatdan artıq olmamasını qeyd edir.
Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Gəncə şəhərində əksərən qadınların çalışdıqları “Gəncə Tekstil” ASC-də “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” mövzusunda keçirdiyi seminar-müşavirədə vurğulanıb.

Ayrı-ayrı işəgötürənlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə xidmətin rəsi müavini Anar Quliyev ölkəmizdə əmək münasibətləri sahəsində qadınların kişilərlə bərabər hüquqlara malik olduğunu vurğulayıb. O, hazırda keçirilən tədbirin həm işəgötürənlər, həm də qadın işçilər arasında qadınların əmək hüquqları ilə bağlı məlumatlandırma məqsədinə xidmət etdiyini bildirib.

Seminar-müşavirədə DƏMX-nin 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin müfəttişləri Arzu Əliyev və Natiq Bayramov əmək qanunvericiliyində qadınlarla bağlı nəzərdə tutulan hüquqlardan bəhs ediblər. Bununla bağlı Əmək Məcəlləsindən irəli gələn prinsiplər, qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər, qadınlar üçün natamam iş vaxtı müəyyən edilən hallar diqqətə çatdırılıb. Qeyd olunub ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır. Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir.

Habelə hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi, uşağın yedizdirilməsi üçün fasilələrin verilməsi və s. barədə qanunvericiliyin tələbləri diqqətə çatdırılıb. Seminar-müşavirədə işəgötürənlərin və qadın işçilərin sualları da cavablandırılıb və iştirakçılara qadınların əmək hüquqları barədə maarifləndirici bukletlər təqdim olunub.

Sonda “Gəncə Tekstil”ASC-nin istehsalat rəisi Muxtar Yusubov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin sədri Sahib Axundov çıxış edərək əmək hüquqları ilə bağlı belə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıblar.

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib