Aprelin 24-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.Komitənin sədri Eldar İbrahimov gündəlikdəki məsələlər barədə məlumat verib.
İclasda “Torpaq islahatı haqqında” Qanunda və Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunub.
Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.
Müzakirə olunan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.