Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İşsizlikdən sığorta ilə bağlı cəzalar sərtləşdi

Tarix:24-04-2018, 16:27

İşsizlikdən sığorta ilə bağlı cəzalar sərtləşdi


Azərbaycanda işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə cəzalar müəyyənləşib.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində dəyişiklik edilib. Məcəllənin 213-cü (Vergi ödəməkdən yayınma) maddəsinin adı dəyişdirilir. Dəyişikliyə əsasən, maddənin adı “Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma” olması təklif edilir.

Maddəninin 1-ci bəndində də dəyişiklik edilir. Belə ki, bəndə “işsizlikdən sığorta” sözü əlavə edilir. Bəndə əsasən, xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ya görə cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İşsizlikdən sığorta haqqında İnzibati Xətalar Məcəlləsində də cəza mexanizminin olması təklif olunur.
Məcəlləyə yeni 477-1-ci maddəsi əlavə olunur:

477-1.1 Sığortaedən tərəfindən işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulması, yəni:

477-1.1.1 sığorta edən kimi sığortaçıdaqeydiyyata durmamasına,

477-1.1.2 İşçilərin işsizlikdən sığorta etdirməməsinə,

477-1.1.3 “İşsizlikdən sığorta haqqında” qanunla müəyyən edilən qaydada, məbləğdə və vaxtda sığorta haqqının sığortaçıya ödənilməməsinə,

477-1.1.4 Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq, işçiyə xəbərdarlıq edildiyi gündən 5 gün müddətində həmin işçinin peşəsi, ixtisası və əmək haqqı barədə sığortaçıya rəsmi məlumat verməməsinə,

477-1.1.5 Sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas olan məlumatları sığortaçıya təqdim etməməsinə,

477-1.1.6 Mülki Məcəllə ilə müəyyən edilən hallarda özünün yenidən təşkil olunması vəya ləğv edilməsi barədə sığortaçıya məlumat verməməsinə,

477-1.1.7 Sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunun düzgün aparılmamasına və bu barədə sığortaçıya və hesabatın təqidm edilməməsinə, sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanılmasının təmin edilməməsinə görə fiziki şəxslər 100 manat məbləğdə, vəzifəli şəxslər 200 manat məbləğdə, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

477-1.2. Sığortaolunan tərəfindən sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan “İşsizlikdən sığorta haqqında” qanunla müəyyən olunan hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verilməməsinə görə inzibati xəta nəticəsində vurulan ziyanın 1 misli miqdarında cərimə edilir.

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib