Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.
Bu vəzifəyə Anar Hüseynov təyin edilib.
Qeyd edək ki, A.Hüseynov buna qədər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri idi.