Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Yeni nazir əlillərlə bağlı əmr verdi - İşçi qrupu yaradıldı

Tarix:1-05-2018, 19:53

Yeni nazir əlillərlə bağlı əmr verdi - İşçi qrupu yaradıldı


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə nazirlikdə əlilliyin qiymətləndirilməsi ilə bağlı proseslərin təkmilləşdirilməsi, həmçinin müvafiq elektron sistemlərin imkanlarının genişləndirilməsi vasitəsilə vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası və onların cəmiyyətə inteqrasiyası ilə bağlı zəruri işlərin görülməsi məqsədilə işçi qrupu yaradılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, işçi qrupunun bu gün keçirilən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq işçi qrupunun nümayəndələrinin də iştirak etdiyi ilk iclasında S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin sosial inkişaf kursuna uyğun olaraq, ölkədə sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsinə, onların tibbi-sosial reabilitasiyasına xidmət edən tədbirlərin ildən-ilə gücləndirildiyini vurğulayıb. Nazir bildirib ki, əlilliyi olan vətəndaşlara dövlətin qayğısının daim artırılması ilə yanaşı, əlillik qruplarının təyin olunmasında tam şəffaf mühitin formalaşdırılması, müvafiq xidmət sektorunda vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması üçün əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi də diqqətdə saxlanılacaq. Nazirlikdə müvafiq işçi qrupunun yaradılması da bu məqsədə xidmət edir.

Nazir qeyd edib ki, yeni yaradılan işçi qrupunun qarşısında bir sıra vəzifələr müəyyən edilib: “Belə ki, işçi qrupu əlillik təyinatlarının monitorinqinin həyata keçirilməsi istiqamətində Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə iş aparacaq. İşçi qrupu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə dəyişikliklər edilməsi barədə təklifləri hazırlamalıdır. Eləcə də dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilən göndərişlərin TSERAS-a ötürülmədən öncə Səhiyyə Nazirliyinin müvafiq məlumat bazaları ilə qarşılaşdırılması mexanizmi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyi arasında elektron məlumat mübadiləsinə dair sazişə əlavələr edilməsi, əlillərin bərpa mərkəzlərinin inkişafı üzrə konsepsiya layihəsi barədə təkliflər də işçi qrupu tərəfindən hazırlanmalıdır”.

Bütün qeyd edilən təkliflərin 1 ay müddətində hazırlanaraq təqdim edilməli olduğunu qeyd edən S.Babayev bildirib ki, eyni zamanda, bütün bərpa mərkəzlərinin əməkdaşlarına Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Reabilitasiya Alt Sistemindən istifadə qaydaları öyrədilməlidir: “Bu məqsədlə işçi qrupu həmin mərkəzlərin əməkdaşlarına cari ilin 14-18 may tarixlərində təlimlərin keçirilməsini, həmçinin cari ilin 01 iyul tarixindən etibarən bərpa mərkəzlərinə əlilliyi olan şəxslərin qəbulu, onlara göstərilən reabilitasiya və bütün digər xidmətlərin uçotunun yalnız bu Alt Sistem üzərindən aparılmasını təmin etməlidir”. Nazir diqqətə çatdırıb ki, beynəlxalq təcrübə əsasında əlilliyi olan şəxslərin “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydası”nın layihəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim olunması da yeni yaradılan işçi qrupunun vəzifələrindən biridir.

S.Babayev vurğulayıb ki, Səhiyyə Nazirliyi ilə birgə fəaliyyət müstəvisində aparılacaq işlər əlilliyin qiymətləndirilməsi sisteminin daha təkmil səviyyədə qurulmasında önəmli rol oynayacaq. İclasda işçi qrupunun müvafiq istiqamətlərdə görəcəyi işlər ətraflı müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd edək ki, nazir müavini Natiq Məmmədovun rəhbəri olduğu işçi qrupuna nazirliyin müvafiq şöbələrinin və nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əməkdaşları daxildir.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident