Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Tarix:2-05-2018, 19:37

Abşeronda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.


Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının inzibati binasında Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibət ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, YAP Abşeron rayon təşkilatının Gənclər Birliyinin sədri Elgün Hümbətov və gənclər iştirak edib.

İclasda YAP Abşeron rayon təşkilatının Gənclər Birliyinin sədri Elgün Hümbətov “Ulu öndər Heydər Əliyev və Azərbaycanda dövlət gənclər siyasəti” mövzusunda çıxış edib. E.Hümbətov bildirib ki, dövlət gənclər siyasəti dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlam düşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlayıb.

Qeyd olunub ki, bu gün ölkəmizdə dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində gənclərin hərtərəfli inkişafı təmin olunub, onlar cəmiyyətin fəal təbəqəsinə çevrilib.

Yığıncaqda çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev qeyd edib ki, ulu öndər hələ keçmiş Sovetlər Birliyi dövründə Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirib, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəslin formalaşdırılmasına böyük diqqət göstərib. O dövrdə gənclərin təhsili sahəsində həyata keçirilən tədbirlər, onların ixtisaslı kadr kimi yetişdirilməsi ölkəmizin gələcək müstəqilliyinə hesablanmışdı.

B.Vəliyev vurğulayıb ki, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə gənc nəslin hərbi-vətənpərvərlik hisslərinin formalaşması və inkişafı ön planda olub. Hələ Sovetlər Birliyi dövründə azərbaycanlı gənclərin ittifaqın ali hərbi təhsil müəssisələrinə göndərilməsi və onların müxtəlif hərbi ixtisaslara yiyələnərək sonralar müstəqil Azərbaycanda ordu quruculuğu prosesinə cəlb olunması görkəmli dövlət xadiminin uzaqgörən siyasətinin nəticəsi idi. Ulu öndərin müdrikliyi və uzaqgörənliyi sayəsində bu gün ölkəmizdə qüdrətli milli ordu yaradılıb. Ümummilli liderin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu gün də gənc hərbçi kadrların yetişdirilməsini prioritet məsələ kimi diqqət mərkəzində saxlayır.

Toplantıda Xırdalan şəhər 1 nömrəli məktəbin məzunu Eldar Qafarov, Mehdiabad 3 nömrəli məktəbin tarix müəllimi İlqar Rüstəmov, Xırdalan şəhər 1 nömrəli məktəbin tarix müəllimi Günay Zeynalova çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, dahi Heydər Əliyev şəxsiyyəti və siyasəti Azərbaycan gəncləri üçün milli ideal formulu, tərbiyə məzmunu və fəaliyyət proqramıdır. Bu gün milyonlarla gənc Heydər Əliyev siyasi məktəbindən Azərbaycançılığı, Vətəni sevməyi və onun uğrunda fədakarlıqla xidmət etməyi öyrənir.

Şamo Əliyev

Abşeronda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Abşeronda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Abşeronda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Abşeronda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Abşeronda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Abşeronda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Abşeronda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident