Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dərman vasitələrinin reklamının qadağan edilməsini təklif edib.
Komitə sədri bildirib ki, dərman vasitəsinin reklamı siqaretin reklamından təhlükəlidir.
Ə.Əmiraslanov hesab edir ki, bununla bağlı qanunvericilikdə məhdudiyyət edilməlidir: “Bəzən spirtli içkilər də reklam edilir. Bu, düzgün deyil. İnkişaf etmiş ölkələrin əksəriyyətində belə reklamlar qadağandır”.