Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Nazir 30 beynəlxalq təşkilatın nümayəndəsi ilə görüşüb

Tarix:3-05-2018, 17:48

Nazir 30 beynəlxalq təşkilatın nümayəndəsi ilə görüşüb


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri ilə görüş keçirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının birgə təşkil etdiyi görüşdə ümumilikdə 30-a yaxın beynəlxalq təşkilatın nümayəndələri iştirak edib. Nazirlikdən verilən xəbər görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin islahatlar proqramının əsas hədəflərindən biri də sosial-iqtisadi idarəetmə və əhaliyə xidmət sistemlərində mütərəqqi beynəlxalq yanaşma və təşəbbüslərin, qabaqcıl dünya təcrübəsindən irəli gələn ən müasir texnologiyaların, innovativ və effektiv iş mexanizmlərinin geniş tətbiqinin təmin edilməsidir. Əmək, məşğulluq, əmək bazarının tənzimlənməsi, əhali sakinliyi və demoqrafiya, sosial müdafiə və digər aidiyyəti sahələr üzrə mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlıq daim diqqətdə saxlanmalıdır. Bu əməkdaşlığa strateji planlaşdırma yanaşması tətbiq olunmalı və uzunmüddətli prioritetlər müəyyən edilməlidir. Bu prioritetlər əsasında icra olunan layihələr, əmək və sosial müdafiə sahələrində aparılan islahatlar prosesinə fəal dəstək rolunu oynamalı, aktual iş sektorlarında konkret səmərəli nəticələrə nail olunmasına öz töhfələrini verməlidir.

Nazir bildirib ki, bu gün gənclərin, fiziki imkanları məhdud şəxslərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və inklüziv əmək bazarının inkişafı, məşğulluq xidmətlərinin, habelə vakansiyalar bazasının elektron texnologiyalar üzərində qurulması, qeyri-rəsmi məşğulluqla mübarizənin effektli təşkili, əmək müfəttişliyinin potensialının və fəaliyyətində səmərəliliyin artırılması aktual məsələlərdəndir. Həmçinin qarşıda sosial yardım və özünüməşğulluq proqramının icra mexanizminin təkmilləşdirilməsi, sosial xidmətlər sisteminin müasir dünya təcrübəsindəki sosial reabilitasiya metodları əsasında qurulması, “sosial iş” modelinin, müvafiq sahələrdə strateji araşdırmaların aparılmasında beynəlxalq təcrübədə tətbiq olunan modellərin tətbiqi və s. kimi məsələlər dayanır.

S.Babayev beynəlxalq təşkilatlarla əməkdaşlığın gələcək istiqamətləri müəyyən olunarkən və birgə fəaliyyət üçün layihələr hazırlanarkən qeyd olunan məsələlərə xüsusi önəm verilməsinin vacib olduğunu vurğulayıb. Nazir bu sahələrdə aparılacaq əməkdaşlığın öz faydasını verəcəyinə əminliyini ifadə edib.

Ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində qabaqcıl dünya təcrübəsinə uyğun şəkildə aparılan islahatlara, əhali sakinliyi və demoqrafiya siyasətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərə dəstək vermək əzmində olduqlarını vurğulayıblar.

Müzakirə şəraitində davam edən görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində aparılan islahatlar, bu sahələrdə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı beynəlxalq qurumlarla gələcək əməkdaşlıq istiqamətləri müəyyən olunub.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident