Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Gəncə Avropanın İdman şəhəri tituluna namizəddir

Tarix:3-05-2018, 17:56

Gəncə Avropanın İdman şəhəri tituluna namizəddir


"2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin paytaxtı titulunu fəxrlə və layaqətlə daşıyan Gəncə şəhəri 2019-cu ildə Avropanın İdman şəhəri tituluna sahib olmaq üçün namizədliyini irəli sürüb. Bu da həm idman, həm də bütün digər sahələrdə əldə olunan nəticələrə müsbət təsir edəcək, eləcə də Gəncədə idmanın inkişafı və kütləviliyini daha da artıracaq".
Bunu deputat Naqif Həmzəyev deyib. O bildirib ki, Azərbaycan qədim idman ənənələrinə malik ölkələrdən biridir.

"Tarixən idmanın müxtəlif növləri inkişaf edən ölkəmizdə idman siyasəti bu gün özünün yüksəliş dövrünü yaşayır. Ölkə Prezidenti İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkəmizdə idmanın inkişafında mühüm nailiyyətlər əldə edilib. Azərbaycan müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin keçirildiyi unikal məkana çevrilib. Ölkədə idman siyasəti sahəsində həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız möhtəşəm qələbələrə imza atıb, üçrəngli bayrağımızı beynəlxalq arenalarda dəfələrlə dalğalandırıblar", - deputat bildirib.

N.Həmzəyev qeyd edib ki, dövlət tərəfindən idmana göstərilən diqqət və qayğı nəticəsində ölkədə idman bazası möhkəmlənir, yeni komplekslər və idman zalları tikilir, müxtəlif tədbirlər təşkil olunur: "Son illər idmançılarımızın davamlı olaraq ölkəmizə medallar gətirməsi, qazandıqları yeni-yeni uğurlar digər gənclərə də stimul verir. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünya idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar".

Deputat ölkəmizdə beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatlarının keçirildiyini və beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycanın seçilməsinin heç də təsadüfü olmadığını vurğulayıb: "Azərbaycanın beynəlxalq imicinin artması hər şeydən əvvəl dünyada cərəyan edən hadisələr fonunda ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıqla birbaşa bağlıdır".

N.Həmzəyev Gəncə şəhərinin idmanın inkişafı sahəsindəki yüksək potensialını vurğulayaraq, bu il iri infrastruktur layihələri arasında həmçinin Gəncədə müasir tipli İdman Sarayının tikintisinin də nəzərdə tutulduğunu əlavə edib.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident