Azərbaycanın hazırda 892 546,49 hektar qorunan ərazisi var.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.
H.Əlizadə bildirib ki, 2001-ci ilə qədər isə ölkədə cəmi 478 min ha qorunan ərazi olub:
"Bütün milli parklarda ekoturizm marşrutu var. Hazırda milli parklara 100-dən artıq marşrutu var. Milli parklarda Qırmızı kitaba düşən heyvanlar, bitki örtüyü qorunur. Hazırda Şirvan Milli Parkında ceyranların sayı 7 minə çatıb".