Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin əməkdaşları 2018-ci il mayın 5-6-da hündürlüyü 3751 metr olan Heydər Əliyev zirvəsinə yürüş ediblər.
Komanda üzvləri Heydər Əliyev zirvəsində Milli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad edib və Azərbaycan Respublikasının Dövlət bayrağını dalğalandırıblar.