Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ünvanlı dövlət sosial yardımla bağlı qərar verildi

Tarix:8-05-2018, 16:08

Ünvanlı dövlət sosial yardımla bağlı qərar verildi


Azərbaycanda ünvanlı dövlət sosial yardımın verilməsi prosesinə nəzarət məqsədilə işçi qrup yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə işçi qrupu yaradılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazir Sahil Babayevin əmri ilə yaradılan işçi qrupunun qarşısında bir sıra vəzifələr müəyyən edilib. Belə ki, işçi qrupu müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması və verilməsində neqativ hallara şərait yaradan amillərin aradan qaldırılması, ünvanlılığın artırılması üçün təkliflər hazırlayacaq. Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinəsi, ünvanlı dövlət sosial yardımının təyinatı prosesində şəffaflığın tam təmin edilməsi, vətəndaşlara daha keyfiyyətli və şəffaf xidmətlərin göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə də təkliflərin hazırlanması təmin olunacaq.

Hazırda dövlət sosial yardımı alan aztəminatlı ailələrin özünüməşğulluq imkanlarının reallaşdırılması və bununla onların dövlət sosial yardımı sistemindən asılılığının aradan qaldırılması, kiçik ailə biznesinə çıxış imkanlarına yiyələnmələrinə nail olunması da qarşıda duran vəzifələrdən biridir.

Bununla əlaqədar işçi qrupu VEMTAS vasitəsilə ünvanlı dövlət sosial yardımı təyin olunmuş ailələrin potensial imkanları müqabilində özünüməşğulluq proqramına cəlb olunması, həmin ailələrin şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələrinə aktiv şəkildə dəstək verilməsi, onların ünvanlı dövlət sosial yardımından asılılığının aradan qaldırılması və yoxsulluqdan çıxmalarına şərait yaradılması ilə bağlı təkliflər də hazırlayacaq.

İşçi qrupu artıq ilk iclasını keçirib və qarşıda duran vəzifələrin yerinə yetirilməsi ilə bağlı işçi qrupunun görəcəyi işlər geniş müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident