Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ömrünü xalqına bəxş edən lider

Tarix:8-05-2018, 23:46

Ömrünü xalqına bəxş edən lider


Taleyini tariximizə, tərcümeyi halını uğur salnaməmizə çevirən İnsanın -Heydər Əliyevin ömür kitabını vərəqlədikcə gözümüzün önündə hər səhifəsinə Azərbaycan yazılan şanlı şöhrətli bir tale kitabı vərəqlənir.

O, güllü çiçəkli bir yaz günündə sanki dünyaya bu xalqı qorumaq ,haqq səsisini dünyaya çatdırmaq üçün gəlmişdi Həqiqətən də, insanlar iki qismə bölünür,öz taleyi,əməlləri ilə tarix yazanlar,bir də var tarixin bir vərəqinə adını yazdıranlar.H.Əliyev isə şeir misralarında deyildiyi kimi:
“Özü tarix yaradan şəxiyyət var,İlahi!
Adını Tanrım verdi Dahi! “

Zirvələr üçün doğulan ümümmilli liderimiz harada, hansı vəzifədə olmağından asılı olmayaraq,sadə xalqla bir yerdə idi .Qəlbi vətən,xalq, millət üçün vuran dahi liderimizin özü belə deyirdi:

“Əsas böyük vəzifələrdə işləmək deyil, əsas xalqın səni böyük adam sayması , sevməsidir .”

Heydər Əliyev tarixi keçmişi ilə qürur duyduğu Azərbyacanı zamanın ağır və sərt sınaqlarından çıxarmış,canlı əfsanəyə dönmüşdü.

60- cı illər Sovet Azərbaycanı və Heydər Əliyev.Millətçiliyin,sərbəst düşüncənin qadağan olunduğu, yalnız saxta sovet vətənpərvərliyinin təbliğ olunduğu bir dönəmdə hakimiyyətə gəldi.Gəldi və Azərbaycan ədəbiyyatının,mədəniyyətinin əynindən boz sovet şinelini çıxararaq,ona milli ruh,özgüvən,düşündüyünü dilə gətirmək haqqı verdi.Və bizi özümüzə qaytardı .Mədəniyyətmizin bütün sahələrində millli obrazımızı ,insanın daxili aləmini əks etdirən düşüncəsini gördük.Məhz bu illərdə H.Əliyevin zəhməti, siyasəti ilə Bakı-Azərbaycan sanki yenidən quruldu.Müxtəlif memarlıq nümünələri, saraylar,tədris korpusları,zavodlar,sənətkarların ev muzeylərinin təşkili,daha nələr ,nələr....
Saymaqla bitməyən quruculuq işləri həyata keçirildi.
Ümümmilli liderimiz deyirdi:
“Gənc yaşlarımdan dövlət işlərində çalışıram.Mənim müvəffəqiyyətlə çalışmağımın səbəbi ailəmdə Zərifə xanım kimi bir həyat yoldaşımın olmasındadır.”

Bəli,hər mükəmməl kişinin arxasında mükəmməl qadın durur.Zamanın bütün şətinliklərinə,sınağına birgə sinə gərərək gözəl bir ailə modeli yaratmışlar.

Istər ictimai,istər şəxsi həyatı ilə hər birimizə örnək olan Ümümmilli liderimiz ikinci dəfə xalqın taleyinə sanki qaranlıq buludları yaran günəş kimi qayıtdı.
“Sən bu çətin zamanda gücümüz,qüvvətimiz

Sən bizim bu dünyada ən böyhük sərvətimiz”-deyən xalqın ümid yeri idi H.Əliyev .Mən liderimizi 1923-cü ildə dağılmış, məhv olmuş Türkiyəni toplayaraq ayağa qaldıran Atatürklə müqayisə edərdim.90-cı illərdə parçalanmaq təhlükəsinin,vətəndaş müharibəsinin qarşısını alaraq ,yeni bir ideologiyanın: müstəqillik,ədalətlilik,dövlətçilik,demokratiya və milli tərəqqinin əsasını qoydu.

1994-cü ildə imzalanan “Əsrin müqaviləsi“dünya dövlətlərini Azərbaycanla hesablaşmağa məcbur etdi.Sərhədlər möhkəmləndi,ordu quruculuğu sürətləndi.Bəli, Heydər Əliyev yeni bir tarix yaratdı.

“Nə qədər Azərbaycan,nə qədər bu millət var,
Heydər “xalqım” deyəcək ,xalq “Heydər” söyləyəcək.”

2003-cü ilin soyuq dekabrı. Əziz liderimizin çox sevdiyi “Alagöz “mahnısı və ən çox sevdiyi “Azərbaycan” şeirindən əzəmətlə,vüqarla,həm də kövrələrək dediyi bir parça gözümüzün önünə gəlir.

”El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən
Anam doğma vətənimsən
Ayrılarmı könül candan
Azərbaycan!Azərbayacan!

Qəlbi,varlığı,bütün canı,qanı ilə vətənə bağlı olan “Mən fəxr edirəm ki, Azərbaycanlıyam “ deyən Heydər Əliyev hər kəsin qəlbinin hakiminə çevrildi.

“Ölüm sevinməsin qoy !Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar,sevilərək ölənlər.”

Ümümmilli liderimiz özündən sonra doğma yurdunu İ.Əliyev cənablarına əmanət qoydu. Bu gün həmin yolu şərəflə,uğurla aparan İ.Əliyev cənabları bütün azərbaycanlıların, biz gənclərin ümid yeridir.

İllər, uzun onilliklər keçəcək,ancaq Azərbaycan adlı məmləkətdə bir- birini əvəz edən nəsillər bir fikirdə daim yekdil olacaqlar:

H.Əliyev yalnız müasirlərinin həyatında iz qoymadı,O,bu millətin sonrakı bütün nəsillərinin taleyini düzgün məcraya yönəltdi və əbəbi yaşamaq, anılmaq, öyrənilmək haqqı qazandı. Çünki H.Əliyev ömrü bitən bir ömür deyil.

Ceyranbatan qəsəbə 1 nömrəli məktəbin ədəbiyyat müəllimi Əhmədova Zülfiyyə Həsən qızının H.Əliyev haqqında məqaləsi

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident