Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib

Tarix:1-11-2018, 17:53

Abşeronda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib


Noyabrın 1-də Abşeron rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib.

Rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəsissələrinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun ictimai-siyasi və sosial-mədəni həyatında fəallıq göstərən qadınlar iştirak ediblər.

Əvvəlcə konfransın iştirakçıları foyedə Ulu Öndərin büstünü ziyarət edərək, önünə gül dəstəsi düzüblər.

Konfransı giriş sözü ilə açan Xırdalan şəhər 27 saylı körpələr evi-uşaq bağçasının müdiri Samirə Məmmədova qeyd edib ki, konfransın keçirilməsində məqsəd 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunmasıdır. S.Məmmədova deyib ki, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsində əvəzsiz rol oynamışlar. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Bunlara misal olaraq dövrünün ən məhşur qadınlarından olan Xurşidbanu Natavan,Sara xanım,Məhsəti Gəncəvi,Heyran xanım və s onlarla dünyaca məhşur qadınları nümunə göstərmək olar.

Bildirilib ki, Azərbaycanda qadın statusu son əsrlərdə böyük dəyişikliklərə məruz qalmışdır.1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və iki cinsin bərabər seçki hüququ qanunla təsbit edildi. Bununla da Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk demokratik ölkə oldu.

Qeyd edilib ki, O dövrdən başlayaraq ölkəmizdə qadınlar bir çox sahələrə elmə, incəsənətə, iqtisadiyyata öz töhvələrini verməyə başlamışlar. Onlara misal olaraq Azərbaycanın ilk bəstəkar qadını Ağabacı Rzayeva, Şərqdə ilk opera müəllifi Şəfiqə Axundova, ilk qadın yazıçılardan maarifçi Şəfiqə Əfəndizadə, Əzizə Cəfərzadə, Azərbaycan İctimai Təminat naziri ilk qadın təyyarəçi Züleyxa Seyidməmmədova, ölkəmizin ilk qadın kinorejissoru,ssenarist Qəmər Salamzadə, İqtisad elmləri namizədi,ikinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olan Şövkət Səlimova, ilk Azərbaycanlı musiqişünas qadın Xurşid Ağayeva, tənqidçi-ədəbiyyatşünas Aidə İmanquliyeva, Azərbaycanın görkəmli elm xadimi,Tibb elmləri doktoru,Milli Elmlər Akademiyasının akademiki həkim oftolmoloq Zərifə xanım Əliyeva və yüzlərlə ilklərə imza atan qadınlarımızı nümunə göstərmək olar.Azərbaycanın ilk vitse prezidentinin qadın seçilməsi isə Mehriban xanım Əliyevanın timsalında 21-ci əsrdə qadın tərəfindən qazanılan ən böyük uğurdur.Bu dövlətimizin qadına inamınının, etimadının, sevgisinin açıq təcəssümüdür.

Vurğulanıb ki, XX əsrin axırlarında qadına ən böyük qiymət ulu öndərimiz Heydər Əliyev tərəfindən verilmişdir. O deyirdi: “Qadın cəmiyyətdə çox həlledici bir təbəqədir.” Dahi öndərimizin layiqli davamçısı prezidentimiz İlham Əliyev cənabları da qadın siyasətini uğurla davam etdirir. Müasir dövrdə qadınlarımız bütün sahələrdə ən ön sıradadılar. Ümumilikdə icra strukturlarında çalışan qadınların say göstəricisi olduqca yüksəkdir. Buna bariz nümunə olaraq illərdir icra orqanlarında qüsursuz çalışan, hal-hazırda Abşeron rayon İcra hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovanı göstərmək olar. İradə xanımın rəhbərliyi altında rayonda qadın səliqə-səhmanı, əmin-amanlıq, sağlam rəqabət özünü bütün sahələrdə göstərir.

Qeyd olunub ki, Rəhbər vəzifədə işləyən bütün qadınlarımıza ən nümunəvi örnək isə ölkəmizin 1-ci vitse prezidenti Mehriban xanım Əliyevadır. Onun timsalında biz tarix və millət qarşısında məsuliyyətin zirvə örnəyi-amalı insanlığa xidmət olan ictimai xadim,gözəl ana və mükəmməl həyat yoldaşı görürük.Burda prezident İlham Əliyevin fikrini xatırlatmaq yerinə düşür. “O,insanlara xoş münasibəti,xoş niyyəti və ünsiyyəti ilə seçilib.Elə onu öz xalqına sevdirən də bu gözəl keyfiyyətləridir. Mükəmməl ana olan Mehriban xanımın övladları da vətənini,millətini sevən,ölkəsini dünyaya tanıtmağa,qorumağa çalışan gənclərimizdəndir.Heydər Əliyev fondunun vitse –prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” adı altında başlanan kompaniya ilə Azərbaycana qarşı törədilmiş bu vəhşiliyin bir çox dünya ölkələrində yayımlanmasına nail olundu. Uşaqdan-böyüyə qədər hər kəsin sevimlisi,xeyriyyəçi Leyla Əliyeva gənc xanımlarımıza böyük bir stimul göstəricisidir.

Rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəsissələrinin müdirlərindən Məhbubə Sadıxova, Vüsalə Məşədiyeva, Könül İbrahimova, Leyla Bayramova, Mətanər Novruzova, Aybəniz Sadıxova, Aygün Əhmədova və digər çıxış edənlər konfransın əhəmiyyətindən danışıblar. Bildirilib ki, əsrin əvvəllərində itirdiyimiz müstəqilliyimiz əsrin sonunda – 1991-ci ildə bərpa olundu. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını özünə qaytardı, müstəqillik arzularının gerçəkləşməsinə və möhkəmlənməsinə zəmin yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir.

Abşeronda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib
Abşeronda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib
Abşeronda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib
Abşeronda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib
Abşeronda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib
Abşeronda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib
Abşeronda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib
Abşeronda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident