Abşeron rayonunun kənd və qəsəbələrində ağacəkmə aksiyası uğurla davam edir. Abşeron rayonunun yaranmasının 55 illik yubileyinə həsr olunmuş növbəti aksiya Mehdiabad qəsəbəsində aparılıb. Abşeron RİH-inin və kənd bələdiyyəsinin təşkilatçılığı ilə düzənlənən aksiyada Novxanı-Mehdiabad avtomobil yolunun kənarı tullantılardan təmizlənib, ümumilikdə sayı 400 ədəd olan müxtəlif növ həmişəyaşıl ağac, çinar, zeytun və digər növ ağaclar əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.
Mehdiabad qəsəbəsi icra nümayəndəliyindən “Absheronxeber.az”-a verilən məlumata görə, bu ilin sonuna kimi qəsəbənin daxili və magistral avtommmobil yollarının kənarlarına 4 min ağac və gül kollarının əkilməsi nəzərdə tutulub.