“Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilən məlumata görə təmir-bərpa işləri ilə əlaqədar olaraq Abşeron rayonunun Saray və Ceyranbatan qəsəbələrində təbii qazın verilişində saat 15:00-dək fasilələr yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra qazın verilişi bərpa olunacaq