Sancay Rana 2015-ci ildən Hindistanın diplomatik missiyasına rəhbərlik edib.
Hindistanın Azərbaycandakı səfiri Sancay Rana ölkəmizdəki diplomatik missiyasını başa vurub.
Hindistan səfirliyindən report-a verilən məlumata görə, diplomat artıq Bakıdan ayrılıb və vətəninə dönüb.
Qeyd edək ki, S.Rana 2015-ci ildən Hindistanın diplomatik missiyasına rəhbərlik edib.
Daha əvvəl Hindistanın Azərbaycandakı yeni səfirinin adı da məlum olub.