Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasının Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi-2019”da iştirak edirlər.
Qarlı, şaxtalı havalarda təyyarə və vertolyotlardan endirilən taktiki hava desantı qrupları ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.
Təlimdə iştirak edən digər ölkələrin bölmələri ilə qarşılıqlı əlaqədə döyüş atışlarını yerinə yetirən hərbi qulluqçularımız çoxmillətli qış təlimində ölkəmizi layiqincə təmsil edirlər.