Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan və Dünya Bankı arasında 50-dək layihə icra olunub, 7 layihə üzrə işlər davam etdirilir

Tarix:22-02-2019, 16:04

Azərbaycan və Dünya Bankı arasında 50-dək layihə icra olunub, 7 layihə üzrə işlər davam etdirilir

Fevralın 21-də İqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qeyd olunub ki, Azərbaycan Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verir və Bankın iqtisadiyyatın şaxələndirilməsinə, kiçik və orta sahibkarlığın inkişafına göstərdiyi texniki yardım və maliyyə dəstəyi yüksək qiymətləndirilir. Ümumilikdə, Dünya Bankı ilə birgə 50-dək layihə icra olunub, 7 layihə üzrə işlər davam etdirilir. Dünya Bankının 2016-2020-ci illər üzrə Azərbaycana dair Ölkə Tərəfdaşlıq Çərçivə sənədi ölkəmizdəki sosial-iqtisadi inkişafa töhfə verir. Azərbaycan və Dünya Bankı arasında əlaqələr çoxşaxəlidir, Bankla nəqliyyat, kənd təsərrüfatı, sosial, su təchizatı, tibb, ədliyyə və s. sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir. Dünya Bankı ilə bir sıra layihələr, o cümlədən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi uğurla icra olunub.

Şahin Mustafayev Azərbaycanda iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, ixracın genişləndirilməsi, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir Şahin Mustafayev Dünya Bankının "Doing Business" hesabatında Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb və "Doing Business 2019" hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini vurğulayıb.

Azərbaycanın əlverişli geostrateji mövqedə, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini, ölkəmizin böyük tranzit potensialını vurğulayan Şahin Mustafayev Dünya Bankı və Çin tərəfindən birgə maliyyyələşdirilən "Trans-Qafqaz Nəqliyyat Dəhlizində yük daşımaları və loqistika fəaliyyətinin təkmilləşdirilməsi" texniki yardım layihəsinin uğurla icra olunduğunu qeyd edib.

Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru xanım Mersi Tembon Azərbaycanda aparılan iqtisadi islahatların Dünya Bankı tərəfindən dəstəkləndiyini, ölkə rəhbərliyinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlərin yüksək qiymətləndirildiyini və Azərbaycanın digər ölkələr üçün örnək olduğunu qeyd edib.

Görüşdə Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident