Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan KİV rəhbərləri Rusiya Xarici İşlər Nazirliyində olublar

Tarix:4-07-2019, 18:53

Azərbaycan KİV rəhbərləri Rusiya Xarici İşlər Nazirliyində olublar

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər proqramı davam edir. Nümayəndə heyəti səfər çərçivəsində Rusiyanın dövlət qurumlarında, jurnalist təşkilatlarında və aparıcı KİV-lərinin redaksiyalarında görüşlər keçirir.

Nümayəndə heyətinin növbəti görüşü Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində qurumun İnformasiya və mətbuat departamentinin rəhbəri Mariya Zaxarova ilə keçirilib. KİVDF-nin icraçı direktoru Vüqar Səfərli KİV təmsilçilərinin Moskvaya səfərinin məqsədi, həmçinin Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə məlumat verib. Görüşdə iştirak edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiya-Azərbaycan media qurumlarının sıx təmaslarının qurulmasının hər iki ölkənin maraqlarına xidmət etdiyini, Azərbaycan media təmsilçilərinin Moskvaya səfərlərinin bu baxımdan mühüm əhəmiyyət daşıdığını bildirib.

Mariya Zaxarova Azərbaycan KİV rəhbərlərinin Moskvaya səfərini və keçirdikləri görüşləri yüksək qiymətləndirib. O, hər iki ölkədə KİV-lə bağlı maraq doğuran məqamların müzakirə edilib səmərəli nəticə əldə edilməsi üçün canlı təmasların qurulmasını vacib sayıb. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.

Nümayəndə heyətinin üzvləri Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyovla da görüşüblər. Görüşdə iki ölkənin KİV qurumlarının və jurnalist təşkilatlarının təmaslarının gücləndirilməsi üçün təkliflər müzakirə edilib.

Daha bir görüş “Komsomolskaya pravda” qəzetində keçirilib. Azərbaycan KİV təmsilçiləri qəzetin iş şəraiti ilə tanış olublar. Sonra qəzetin baş direktoru Vladimir Sunqorkinlə görüş keçirilib. Sunqorkin Azərbaycan KİV təmsilçilərinin Rusiyaya səfərini, Rusiya KİV-ləri ilə əməkdaşlıq əlaqələrini möhkəmləndirmək təşəbbüslərini yüksək qiymətləndirdiyini bildirib.

Azərbaycan KİV rəhbərləri Rusiya Xarici İşlər Nazirliyində olublar

Azərbaycan KİV rəhbərləri Rusiya Xarici İşlər Nazirliyində olublar

Azərbaycan KİV rəhbərləri Rusiya Xarici İşlər Nazirliyində olublar

Azərbaycan KİV rəhbərləri Rusiya Xarici İşlər Nazirliyində olublar

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident