Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan qlobal tranzit və logistika mərkəzinə çevrilir

Tarix:17-07-2019, 14:47

Azərbaycan qlobal tranzit və logistika mərkəzinə çevrilir

Bu gün respublikamızda daha çox diqqət yetirilən strateji məsələlərdən biri ölkəmizdə güclü nəqliyyat qovşağının yaradılmasıdır. Bununla bağlı şimaldan cənuba, şərqdən qərbə olan dəhlizlər təkcə coğrafi mövqeyimiz sayəsində deyil, eyni zamanda, Azərbaycanın yeritdiyi siyasət nəticəsində respublikamızın ərazisindən keçir.
Bu məsələdə bir həqiqəti də unutmayaq ki, infrastruktursuz coğrafiya çox da böyük məna kəsb etmir. Azərbaycanda müasir dəniz limanının tikilməsi, beynəlxalq standatrlara uyğun hava limanlarının fəaliyyət göstərməsi, hər növ gəmi istehsal edə bilən gəmiqayırma zavodunun mövcudluğu, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi ölkəmizdə güclü nəqliyyat qovşağının yaradılmasını şərtləndirir. Bütün bunlarsız nəqliyyatda qarşıya qoyulan hədəflərə nail olmaq mümkün deyil.
Onu da qeyd edək ki, tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.
Hazırda dünyanın bir sıra ölkələri tərəfindən Azərbaycanın tranzit imkanları yüksək qiymətləndirilir. Məsələn, Çin və Avropa arasında yükdaşımalarda Şərq-Qərb marşrutundan və onun tərkib hissəsi olan Azərbaycanın nəqliyyat-tranzit potensialından istifadə edilməsi vaxt və maliyyə baxımından daha sərfəli olduğu bildirilir.

Ona görə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin mühüm tranzit uğurlarından sayılır. Bu marşrut 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının birgə təşəbbüsü ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır.
Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Çin ilə Avropa arasında yüklərin daha tez müddətə daşınmasına daha çox əhəmiyyət verilir. Bu gün Azərbaycanın qarşısında təkcə tranzit ölkə olmaq deyil, həm də daha çox xarici, o cümlədən Çin investorlarını ölkə iqtisadiyyatına cəlb etməklə istehsalçı və ixracatçı dövlət olmaq vəzifəsi durur.
Xatırladaq ki, “Bir kəmər, bir yol” təşəbbüsünün irəli sürülməsindən sonra Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi təxminən iki dəfə artaraq ötən il 1,3 milyard dollar təşkil edib. Keçən ay Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon dollarlıq 10 sənəd imzalanıb. “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların Çinə ixracının təmin olunması məqsədilə Şanxay, Urumçi və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri açılıb. Azərbaycandan Çinin bir neçə şəhərinə ixrac missiyaları təşkil edilib. Bundan başqa, Azərbaycan birinci Çin beynəlxalq idxal sərgisi də daxil olmaqla bu ölkədə keçirilən sərgilərdə fəal iştirak edir. Bütün bunlar ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından əhəmiyyətli faktlardır.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu tərəfindən bütün marşrut boyu vahid keçid tarifi təyin olunub, “bir pəncərə” prinsipi tətbiq edilib və bu layihə çərçivəsində konteyner qatarları marşrut üzərindən müvəffəqiyyətlə daşınır.
Bu gün xarici ölkələrin tranzit marşrutlarının ölkəmizdən keçməsinin və burada kəsişməsinin təmin edilməsi, bununla da Bakının mübadilə mərkəzinə çevrilməsi üçün tədbirlər həyata keçirilir, habelə “Azerbaijan Digital Hub” proqramı icra olunur. Bu proqramın əsas hədəfi respublikamızın telekommunikasiya ekosisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkəmizin internetin alışında xarici dövlətlərdən asılılığının minimuma endirilməsidir.
“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” də ölkənin tranzit imkanlarının artırılmasına hədəflənən mühüm sənəddir. Adı çəkilən Strateji Yol Xəritəsi logistika və ticarət sahəsində iqtisadi inkişaf üzrə Azərbaycanın 2025-ci ilədək və bundan sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətlərini müəyyən edir.
Həmin Strateji Yol Xəritəsində bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə ölkəmizdə real ÜDM-in 605 milyon manat artacağı, eyni zamanda, ümumilikdə, 18 min 900 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün dövlət və özəl mənbələrdən istifadə edilməklə, cəmi 3 milyard 160 milyon manat investisiya qoyuluşunun tələb olunacağı gözlənilir.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident