Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev noyabrın 29-da saat 10:00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
Qəbul zamanı Abşeron rayon sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.