Xəbər lentİ

Abşeron rayonunda pulsuz tibbi müayinə uğurla davam edir

19:48, 19.02.18
Oxunub: 1 860
SƏHİYYƏ
Abşeron rayonunda pulsuz tibbi müayinə uğurla davam edir


Abşeron rayonunun tibb müəssisələrində artıq bir həftədir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə bağlı genişmiqyaslı aksiyaya başlanılıb. Abşeron Rayon İcra Hakimiyyəti başçısının qərarı ilə yaradılmış işçi qrupu məsələni gündəlik nəzarətdə saxlayır və rayon ərazisindəki müəssisələrin kollektivləri qrafik əsasında müayinədən keçməsinin təşkilində yaxından iştirak edir.

Abşeron rayon Poliklinkasının baş həkim vəzifəsinin müvəqqəti icraçısı Əminə İsmixanova artıq beşinci ildir həyata keçirilən kampaniya ilə bağlı fikirlərini bölüşərək bildirdi ki, dövlət başçısının bu təşəbbüsü həqiqətən alqışa layiqdir. “Çünki bu, cənab Prezidentimizin xalqımızın, gələcəyimiz olan gənc nəslin fiziki sağlamlığına olan qayğısının parlaq nümunəsidir. Biz artıq vətəndaşlarda sağlamlıq mədəniyyəti ənənələrinin formalaşmasının ilk nümunələrini müşahidə edirik. İndi insanlar başa düşürlər ki, sağlam həyat sürmək üçün vaxtaşırı tibbi müayinədən keçmək lazımdır”.

Baş həkim bir həftə ərzində aparılan müayinələr haqqında məlumat verərək bildirdi ki, Fevralın 16-na olan məlumata görə, 2452 vətəndaş müayinədən keçib. Biz çalışırıq rayonun ərazisində yaşayan heç bir sakin bu aksiyadan kənarda qalmasın. Hətta rayon ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri də tibbi müayinədən keçiriləcək.

Tapşırığın icrasına diqqətlə yanaşan RİH aparatının həyata keçirdiyi operativ tədbirlər, xüsusən də müəssisələrdə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı, eləcə də rayon ərazisində yaşayan əhali arasında təşkilati-izahat işi aparılması nəticəsində tədbir yüksək mütəşəkkilliklə keçirilməsinə çalışırlar.

Şamo Əliyev

Abşeron rayonunda pulsuz tibbi müayinə uğurla davam edir
Abşeron rayonunda pulsuz tibbi müayinə uğurla davam edir
Abşeron rayonunda pulsuz tibbi müayinə uğurla davam edir
Abşeron rayonunda pulsuz tibbi müayinə uğurla davam edir
Abşeron rayonunda pulsuz tibbi müayinə uğurla davam edir
Abşeron rayonunda pulsuz tibbi müayinə uğurla davam edir

Fikirlər

 Oxşar xəbərlər: