Xəbər lentİ

Mehdiabad həkim məntəqəsində tibbi maarifləndirmə aksiyası keçirildi

16:05, 09.10.18
Oxunub: 1 767
SƏHİYYƏ
Mehdiabad həkim məntəqəsində tibbi maarifləndirmə aksiyası keçirildi

Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə Mehdiabad həkim ambulatoriyasında “Ana südü ilə qidalandırmanın faydaları” mövzusunda marifləndirici tədbir həyata keçirilib.

Hamilə qadınlar, qaynanalar və ailə qurmağa, ana olmağa hazırlaşan xanımların iştirak etdikləri tibbi maarifləndirmə tədbirində, Mehdiabad həkim ambulatoriyasının baş həkimi Qənitə İsmayılova, Abşeron rayon Poliklinkasının baş həkim müavini vəzifəsinin müvəqqəti icraçısı, həkim infeksionist Əminə İsmixanova, həkim neontoloq Lalə Qasımova və mama-ginekoloq Vəfa Ələkbərzadə tərəfindən ana südü ilə körpənin qidalanması və ana südünü artıran qidalar haqqında iştirakçılara ətraflı məlumat verilib

Bildirilib ki, ana və körpə üçün ana südü ilə qidalandırmanın bir sıra faydaları var ki, onları şüşə ilə yedirtmədə əldə etmək çətindir. Ana südünün qida faydaları körpənizə verə biləcəyiniz hər hansı digər qidadan çoxdur və körpənizin ondan əldə etdiyi immun dəstəyi körpəni sağlam və xoşbəxt etmək üçün vacibdir.

Vurğulanıb ki, ana südü ilə qidalandırmaq ilk gündən tam qidalanma təmin edir. Körpənin asanlıqla uda biləcəyi yolla bütün mühüm dəmir, kalsium və fosfor təmin etməkdən əlavə, onun tərkidində həmçinin çox miqdarda sağlam yağlar mövcuddur. Körpəniz anadan olduğu andan sonrakı sürətli inkişaf dövrlərinədək ana südünün təmin etdiyi və beyin, göz və sinir sisteminin inkişafı üçün əhəmiyyətli LCPlər (uzun zəncirli doymamış yağlar) tələb edir.

Qeyd edilib ki, ana südü körpənin immun sistemini möhkəmləndirir. Bu, körpənizi xəstəliklərdən qorumaq üçün qoruyucu amillər, o cümlədən anticisimlər və prebiotik oliqosaxaridlər ehtiva edir. Ana südü həm də uşaqlıq dövründə astmanın yaranmasına imkan vermir. Ana südündə mövcud olan prebiotik oliqosaxaridlər həzm sistemində faydalı bakteriyaların yaranmasına imkan yaradan xüsusi qida maddələridir. Bu faydalı bakteriyalar normal miqdarda olduqda, zərərliləri məhv edir və körpənin daxildən təbii müdafiəsini dəstəkləyir.

Mehdiabad həkim məntəqəsində tibbi maarifləndirmə aksiyası keçirildi
Mehdiabad həkim məntəqəsində tibbi maarifləndirmə aksiyası keçirildi
Mehdiabad həkim məntəqəsində tibbi maarifləndirmə aksiyası keçirildi
Mehdiabad həkim məntəqəsində tibbi maarifləndirmə aksiyası keçirildi
Mehdiabad həkim məntəqəsində tibbi maarifləndirmə aksiyası keçirildi
Mehdiabad həkim məntəqəsində tibbi maarifləndirmə aksiyası keçirildi
Mehdiabad həkim məntəqəsində tibbi maarifləndirmə aksiyası keçirildi

Fikirlər

 Oxşar xəbərlər: