Xəbər lentİ

Nazir müavini: Bu il Azərbaycanda yeni dərman zavodu istifadəyə veriləcək

13:58, 03.07.19
Oxunub: 1 066
SƏHİYYƏ
Nazir müavini: Bu il Azərbaycanda yeni dərman zavodu istifadəyə veriləcək

Azərbaycanda iki dərman zavodunun tikilməsi ilə bağlı işlər davam etdirilir.

E.Ağayev bildirib ki, bu il zavodlardan birinin açılışının keçirilməsi nəzərdə tutulur. Zavodlardan biri Rusiya, digəri isə İran şirkəti ilə birgə tikilir.

Nazir müavininin sözlərinə görə, zavodlar fəaliyyətə başladıqdan sonra əhalinin ən çox istifadə etdiyi dərman vasitələri istehsal ediləcək.

Qeyd edək ki, dərman zavodları Pirallahı Sənaye Parkında tikilir.

Fikirlər

 Oxşar xəbərlər: