Mərkəzi Seçki Komissiyasının “Seçki-2018” Müstəqil Media Mərkəzinin fəaliyyətini sosial mediadan da izləmək mümkündür.
Oxucular seçki prosesi ilə bağlı bütün xəbərləri Mərkəzin sechki-2018.az saytı ilə yanaşı, həm Facebook, həm də Twitter şəbəkələrində davamlı olaraq Azərbaycan, rus və ingilis dillərində oxuya bilərlər.
Azərbaycan dili versiyası:
https://twitter.com/sechki2018, https://www.facebook.com/sechki2018.
İngilis dili versiyası:
https://www.facebook.com/azelection2018, https://twitter.com/azelection2018.
Xatırladaq ki, “Seçki-2018” Müstəqil Media Mərkəzi martın 7-də fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında məqsəd seçkiləri geniş, operativ və obyektiv işıqlandırmaq, eləcə də seçkilərdə şəffaflığın təmin edilməsi üçün yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələrinə seçkilərlə bağlı məlumat əldə etməkdə və operativ şəkildə ictimaiyyətə çatdırmaqda yardım göstərməkdir.