Azərbaycandakı Türkmənistan vətəndaşları Bakıda açılmış seçki məntəqəsinə gələrək Türkmənistan Məclisi deputatlarının, Halk Maslahatı (Xalq Məşvərəti) və Qenqeşlərin (Şuraların) üzvlərinin seçkilərində fəal iştirak edirlər.
Türkmənistanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Azərbaycanda müvəqqəti və daimi yaşayan Türkmənistan vətəndaşlarının seçkilərdə iştirakı məqsədilə bu gün səfirliyin ərazisində 1 №-li seçki məntəqəsi açılıb.
Bakı vaxtı ilə saat 07.00-da başlayan səsvermə prosesi saat 19.00-da başa çatacaq.
Saat 11.00-a olan məlumata əsasən, səsvermədə seçicilərin 60 faizdən çoxu iştirak edib.
Türkmənistanın Azərbaycandakı səfirliyində bütün Türkmənistan vətəndaşlarının öz süçki hüququnu həyata keçirilməsi üçün dünya standartlarına uyğun hər cür şərait yaradılıb.