Azərbaycanın Ukraynadakı səfirliyi prezident seçkiləri ilə bağlı bütün hazırlıq işlərini yekunlaşdırıb. Bunu açıqlamasında səfirlikdə yaradılan seçki komissiyasının katibi Vüsal Süleymanov deyib. O bildirib ki, səfirlikdə 17 saylı Yasamal üçüncü seçki dairəsinin nəzdində yaradılmış 39 saylı seçki məntəqəsində hazırlıq işləri tam başa çatıb. Vətəndaşlarımızın azad, demokratik şəraitdə səs vermələri üçün hər cür şərait yaradılıb. Aprelin 11-də Ukraynada müvəqqəti yaşayan, xidməti ezamiyyətdə olan, bu ölkədə təhsil alan Azərbaycan vətəndaşları səs verəcəklər.
Səsvermə səhər saat 8-də başlayacaq, axşam 19:00-da başa çatacaq.