Prezident seçkilərində seçici fəallığı var. Seçicilər səsvermədə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər.Bu sözləri müsahibəsində beynəlxalq müşahidəçi, MDB-nin müşahidə missiyasının nümayəndəsi Yevgeni Ryaquzov bildirib.
Y.Ryaquzov deyib: “Olduğumuz seçki məntəqələrində seçkilərin azad, şəffaf və demokratik keçirilməsi, hər kəsin öz seçimini azad ifadə etməsi üçün lazımi şərait yaradılıb. Səsvermənin gedişini yerli müşahidəçilərlə bərabər, beynəlxalq müşahidəçilər də izləyirlər. İndiyədək məntəqələrdə hər hansı bir qanun pozuntusu ilə qarşılaşmamışıq”.