Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Çikaqoda Azərbaycanın İpək Yolunda mərkəzi rolu qeyd edilib

Tarix:23-04-2018, 13:21

Çikaqoda Azərbaycanın İpək Yolunda mərkəzi rolu qeyd edilib


ABŞ-ın əsas siyasi və biznes mərkəzlərindən biri olan Çikaqo şəhərində 2018-ci il üzrə İpək Yolu həftəsi çərçivəsində beynəlxalq konfrans keçirilib.

Konfransa tarixi İpək Yolunda yerləşən region və dövlətlərin rəsmiləri, həmçinin biznes sektorunun təmsilçiləri dəvət olunub və onlar tərəfindən Çindən Avropaya doğru uzanan bu yolun bərpası məqsədilə görülər tədbirlər barədə təqdimatlar verilib. Tədbirdə Azərbaycanla yanaşı, Çin, Pakistan, İndoneziya, Özbəkistan, Qazaxıstan və Türkiyəni təmsil edən nümayəndələr, həmçinin bir sıra dövlətlərin Çikaqoda yerləşən konsulluq təmsilçiləri, ABŞ-ın mərkəz-qərb regionun digər şəhərlərində fəaliyyət göstərən və biznes əlaqələrinin inkişafı ilə maraqlanan şirkət nümayəndələri iştirak ediblər.

Konfransda ölkəmiz Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən təmsil olunub. Səfirliyin əməkdaşı Azad Aslanov tədbirdə çıxış edərək iştirakçılara ölkəmizin bu yolun bərpasına verdiyi töhfələr, həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri, həmçinin qeyri-neft sektorunun inkişafı üzrə aparılan ardıcıl tədbirlər və biznes əlaqələrinin inkişafı üzrə mövcud imkanlar bərədə məlumat verib. Xüsusən ötən ilin sonunda Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin açılışı, Cənub Qaz Dəhlizinin tikintisi üzrə əldə olunan uğurlar barədə danışılıb və bu kimi layihələrin iqtisadi faydaları ilə yanaşı, regionlararası əlaqələrin və mədəniyyət ənənələrinin gücləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Eyni zamanda, regionda olan münaqişələrin, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sabitliyə, inkişafa və rifaha yaratdığı təhdidlər göstərilib.

Tədbirdə çıxışlarda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, bir sıra şirkətlərin nümayəndələri ölkəmizdə biznes imkanları və turistik səfərlər ilə maraqlanıb.

Tədbir Şimali İllinoys Universitetinin Biznes Kollecinin dəstəyi ilə Mərkəzi Asiya Məhsuldarlığın Araşdırılması Mərkəzi tərəfindən təşkil edilib. Həmçinin, konfransın dəstəkləyici təşkilatları qismində ABŞ-Azərbaycan Ticarət Palatası, “SME Group” şirkəti, “Tianjin İqtisadi Texnoloji İnkişaf Sahəsi”, Türkiyənin Hacıtəpə Universitetinin Biznes Kolleci, “ABŞ-Qazaxıstan Biznes Assosiasiyası” və digərləri çıxış edib.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident