BMT Dağlıq Qarabağ münaqişəsi tərəflərini problemin dinc yolla nizamlanması üzrə səyləri artırmağa çağırıb.Bu barədə təşkilatın baş katibi Antoniu Quterreşin qurumun rəsmi saytında yerləşdirilən bəyanatında bildirilib.
"Baş katib ATƏT-in Minsk qrupunun tərəfləri təmas xətti boyunca istənilən potensial gərginliyin qarşısını almağa və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə səyləri artırmağa çağıran bəyanatına qoşulduğunu bəyan edib", - deyə bəyanatda vurğulanıb.