Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ötən il Abşeron rayonunun sosial-iqtisadi inkişafında uğurlu nəticələr əldə olunmuşdur

Tarix:9-02-2014, 00:57

Ötən il Abşeron rayonunun sosial-iqtisadi inkişafında uğurlu nəticələr əldə olunmuşdur
Xırdalan Şəhər Mədəniyyət Evində Abşeron rayonunun 2013-cü ildə sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə mədəniyyət evinin foyesində təşkil edilmiş sərgi ilə tanış olmuşlar. Burada rayonun istehsal müəssisələrinin məhsullarının geniş çeşidi, həmçinin 2013-cü ildə rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlər təqdim edilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun hesabat məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, hesabat ilində rayonda 1000 tonadək meyvə, o cümlədən 454 ton zeytun istehsal olunmuş, 32 hektarda yeni zeytun bağı salınmış, üzümlüklərin sahəsi 300 hektara çatdırılmışdır.
İl ərzində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon üzrə 90 nəfərə 12,3 milyon manat güzəştli kredit verilmişdir.
Hesabat ilində məşğul əhalinin sayı artaraq 123738 nəfərə çatmış, hər işçiyə düşən orta aylıq əmək haqqının məbləği 280 manat təşkil etmişdir. Ötən il 2834 yeni iş yeri açılmış, son on ildə rayonda açılmış yeni iş yerlərinin ümumi sayı 18 mini ötmüşdür.
Qeyd olunmuşdur ki, rayon ərazisində fəaliyyət göstərən sənaye müəssisələri 106,7 milyon manatlıq məhsul istehsal etmişdir. Bunun 74 faizi qeyri–dövlət sektorunun payına düşür.
Vurğulanmışdır ki, Prezident İlham Əliyevin 2014-cü il 16 yanvar tarixli Sərəncamı əsasında bu ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar olaraq rayonda bu sahənin inkişafı, ixrac yönlü sənaye məhsullarının istehsalının və emalının əhəmiyyətli dərəcədə artırılması daim diqqət mərkəzində saxlanmalıdır.
Məruzədə rayonda aparılan əsaslı tikinti və təmir-bərpa işləri, qəsəbə və kəndlərdə sosial obyektlərin şəbəkəsinin genişləndirilməsi, çoxmərtəbəli yaşayış evlərinin estetik görünüşünün müasirləşdirilməsi, rayon ərazisindən keçən Bakı-Şamaxı və Bakı-Quba avtomagistrallarının hər iki tərəfi boyunca tikililərin fasadlarının zövqlə üzlənməsi, yolların mühafizə zonasında qazon örtüklər salınmaqla dekorativ ağac və kolların əkilməsi, ərazilərdə aparılan təmizlik işləri haqqında geniş məlumat verilmişdir.
Bildirilmişdir ki, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin istilik sisteminin qaydaya salınması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Əhalinin elektrik enerjisi, içməli su, təbii qazla təminatında, sayğacların quraşdırılmasında xeyli iş görülmüşdür.
Diqqətə çatdırılmışdır ki, son üç ildə rayonun büdcəsi yerli gəlirlər hesabına formalaşdırılır. Hesabat dövründə yerli büdcəyə 28 milyon 253 min manat vəsait cəlb olunaraq proqnoza 102 faiz əməl edilmiş, rayonun yerli büdcəsinin xərcləri isə 99 faiz icra olunmuşdur.
Ötən il rayon üzrə 3293 ailənin 13311 nəfər üzvünə 403 min manat ünvanlı sosial yardım təyin edilmiş və 383 aztəminatlı və şəhid ailəsinə, kimsəsizlərə və tənha ahıllara, məcburi köçkünlərə rayon icra hakimiyyəti yanında büdcədənkənar inkişaf və bərpa fondundan 94930 manat yardım göstərilmişdir.
Hesabat məruzəsində, həmçinin təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində həyata keçirilmiş tədbirlərdən, rayon ərazisində Heydər Əliyev Mərkəzinin, Olimpiya İdman Kompleksinin, rayon mərkəzi xəstəxanasının, uşaq musiqi və şahmat məktəblərinin və digər sosial obyektlərin inşasının sürətlə davam etdiyindən də söz açılmışdır.
Məruzə ətrafında çıxış edənlər qazanılan nailiyyətləri dövlətimizin başçısının regionlara göstərdiyi böyük diqqətin təzahürü kimi dəyərləndirmişlər.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Niyaz Əliyev çıxış edərək görülmüş işləri yüksək qiymətləndirmiş, 2014-cü ildə qarşıda duran vəzifələrdən danışmışdır.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti,
Zati-Aliləri cənab İlham Əliyevə

Abşeron rayonunun 2013-cü ildə sosial-iqtisadi inkişafının yekunları və
2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı iştirakçılarının

M ü r a c i ə t i

Möhtərəm cənab Prezident!

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu , xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin 2003-cü ildən uğurla davam etdirilərək dövrün tələblərinə uyğun inkişafı ölkə vətəndaşları kimi biz abşeronlular tərəfindən də yüksək sevinc və razılıq hissi ilə qarşılanır. 2013-cü ilin 9 oktyabrında ölkəmizdə keçirilən Prezident seçkilərində növbəti möhtəşəm qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz xalqımızın Sizə olan möhkəm inam və istəyinin əyani təzahürüdür.
Müdrik uzaqgörənliklə imzaladığınız Dövlət Proqramlarının uğurlu icrası, rəhbərliyinizlə həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində 2013-cü ildə də ölkəmizin dinamik inkişafı təmin edilmiş, Ümumi Daxili Məhsul 6 faiz, qeyri-neft sektoru 10 faiz, kənd təsərrüfatı 5 faiz artmış, ölkə iqtisadiyyatına rekord səviyyədə- 28 milyard dollar investisiya qoyulmuş, 110 min yeni iş yeri açılmış, yoxsulluq və işsizliyin səviyyəsi 5 faizə enmiş, əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfədən çox üstələmişdir. Dünyanın bir nömrəli iqtisadi forumu olan Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 39-cu yerə layiq görmüşdür.
Fərəhləndirici haldır ki, ötən il Respublikamız kosmik klubun üzvü olmuş və dövlətimizin tarixi nailiyyəti olan birinci Azərbaycan peyki fəzaya qaldırılmışdır. Eyni zamanda Azərbaycanı dünyaya əvəzolunmaz qaz ixrac edən ölkə kimi tanıdacaq “Şahdəniz 2” layihəsi və ölkəmizin Avropaya inteqrasiyasını təmin edəcək Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi ilə bağlı tarixi sazişlər imzalanmışdır. Ötən il həmçinin ölkəmiz III Beynəlxalq Humanitar, İkinci Mədəniyyətlərarası Dialoq Forumlarına ev sahibliyi etməklə dünyanın humanitar mərkəzi kimi özünü bir daha təsdiq etmişdir.
2003-cü ildən ötən illər ərzində ölkəmizdə davamlı inkişafa və tərəqiyyə nail olunmasını, həyata keçirilən geniş abadlıq və quruculuq işlərini, xüsusilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da güclənərək etibarlı bir tərəfdaş ölkəyə çevrilməsini Sizin çoxşaxəli və yorulmaz fəaliyyətinizin nəticəsi hesab edir, bütün bu nailiyyətlərlə qurur duyur və iftixar hissi keçiririk.

Cənab Prezident!

Sizin yüksək diqqət və qayğınız sayəsində Respublikamızda həyata keçirilən abadlıq-quruculuq işlərində abşeronlular da fəal iştirak edirlər. İnamla deyə bilərik ki, 2013-cü il rayonumuzun sosial-iqtisadi inkişafında ən uğurlu illərdən biri olmuşdur. İl ərzində rayon ərazisində 326 milyon manatlıq tikinti və təmir-bərpa işləri görülmüş, şəhər, qəsəbə və kəndlərin daxili küçələrinə və yeni yaşayış massivlərinə 329 min kvadratmetr asfalt örtük salınmış, 235 km uzunluğunda yeni içməli su xətti, 41.3 km uzunluğunda kanalizasiya xətti, 120 km uzunluğunda təbii qaz xətti çəkilmiş, 150 min ədəddən çox ağac və gül kolları əkilmişdir. Rayon ərazisində Heydər Əliyev Mərkəzinin, Olimpiya İdman Kompleksinin, Mərkəzi Rayon Xəstəxanasının, uşaq musiqi və şahmat məktəblərinin və digər sosial obyektlərin inşası sürətlə davam etdirilir.
Dərin minnətdarlıq hissi ilə qeyd edirik ki, 2013-cü ilin aprel ayında Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta, dekabr ayında isə Masazır-Saray-Novxanı avtombil yollarının əsaslı qaydada genişləndirilməsi, yenidən qurulması barədə imzaladığınız Sərəncamlar rayon ərazisində yol infrastrukturunun daha da yaxşılaşmasında əhəmiyyətli rol oynamışdır.
Ötən il kənd təsərrüfatı rayonu olaraq aqrar sahənin inkişafında səmərəli tədbirlər həyata keçirilmiş, heyvandarlıq və bitkiçilik məhsullarının əhəmiyyətli dərəcədə artımına nail olunmuşdur. Hesabat ilində 2409 ton ət, 40959 ton süd, 52,5 milyon ədəd yumurta, 6650 ton tərəvəz, 1000 ton meyvə, 454 ton zeytun istehsal edilmişdir. Eyni zamanda sənaye istehsalına da diqqət artırılmış, ötən il 106.7 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Əminik ki, təşəbbüsünüzlə “Sənaye ili” elan edilmiş 2014-cü ildə də abşeronlular bundan da yüksək göstəricilərə nail olacaqlar.
Ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı nəticəsində məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi artmışdır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon üzrə 90 layihənin reallaşmasına 12.3 milyon manat güzəştli kredit verilmiş, Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq rayonda 2834 yeni iş yeri açılmışdır.
Son üç ildə rayon iqtisadiyyatının güclənməsi nəticəsində respublikanın regionları arasında ilk olaraq yerli gəlirlər hesabına rayon büdcəsinin formalaşması təmin edilmiş, bu illər ərzində rayon respublika büdcəsindən dotasiya almamışdır.



Möhtərəm cənab Prezident!

Sizi əmin edirik ki, Abşeron rayon ictimaiyyətinin nümayəndələri həmişə olduğu kimi, bundan sonra da Ulu Öndərimiz Heydər Əliyev siyasi kursuna, dövlət və dövlətçiliyimizə daim sədaqətlilik nümayiş etdirərək görkəmli dövlət xadimi, əvəzolunmaz Ölkə Prezidenti kimi ətrafınızda sıx birləşəcək, Ölkəmizin tərəqqisi və çiçəklənməsi naminə apardığınız işlərdə həmişə yaxın köməkçiniz olacaqlar.
Sizə möhkəm cansağlığı, qüdrətli Azərbaycan quruculuğu yolundakı yorulmaz fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.


Müraciət rayon ictimaiyyəti nümayəndələrinin
07 fevral 2014-cü il tarixli geniş yığıncağında
qəbul edilmişdir.


Yığıncaq iştirakçıları adından:

Dərin hörmət və ehtiramla,
Abşeron rayon İcra Hakimiyyətinin
başçısı: Zakir Fərəcov



Baş redaktor: Şamo Əliyev

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var