Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan-İran münasibətlərinə kölgə salmaq cəhdləri əbəsdir

Tarix:5-05-2018, 21:41

Azərbaycan-İran münasibətlərinə kölgə salmaq cəhdləri əbəsdir


Bu günlərdə bəzi ölkələrin mətbuat səhifələrində Azərbaycan ilə İranın münasibətlərini korlamağa yönələn məqalələr dərc olunmağa başlanıb. Guya İranın nüvə proqramına dair məlumatlar Azərbaycan ərazisindən keçirilir. Bu informasiya ən ciddi qaydada Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən araşdırılıb. Xarici İşlər Nazirliyinin bəyanatında da bu məlumatın həqiqətlə heç bir uyğunluğunun olmadığı, sırf saxta xəbər olduğu bildirilir.

Belə əsassız yazıların məhz indiki vaxtda, yəni, rəsmi Bakı ilə Tehran arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bir zamanda meydana çıxması heç də təsadüfi xarakter daşımır. Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri, bu səfərlər çərçivəsində iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişlənməsinə dair imzalanan sənədlər bəzi qüvvələri narahat edib. İranı Yaxın Şərq bölgəsindən sıxışdırıb çıxarmağa çalışan transmilli korporasiyalar bu ölkənin zəngin enerji resurslarına da göz dikiblər. Heç də həmişə ədalətli xarakter daşımayan iqtisadi sanksiyalarla İranı diz çökməyə məcbur etmək istəyənlər onun qonşuları ilə də münasibətlərini korlamağa çalışıb və “bulanıq suda asan balıq tutmaq” prinsipini işə salıblar.

Azərbaycan və İran dost, qonşu ölkələrdir. Tarixi bağlılıqla yanaşı, hər iki dövləti maraqlandıran ən başlıca məsələ ictimai-siyasi sabitliyi qoruyub saxlamaqla iqtisadiyyatı inkişaf etdirməkdir. Sabitliyi pozub bu dövlətlərə diktə etmək istəyənlərin məqsədi heç də xalqların azad və firavan yaşamasına nail olmaq deyil, onların müstəqil siyasət aparmasının qarşısını almaqdır.

Prezident İlham Əliyev bir müddət əvvəl bəyan etmişdi ki, Azərbaycan öz ərazisindən İrana qarşı istifadə olunmasına heç vaxt imkan verməyəcək. Azərbaycan Prezidentinin İran ilə əlaqələrin inkişaf mərhələsinə qədəm qoyduğu zaman belə bəyanatla çıxış etməsi təsadüfi deyildi. Uzaqgörən siyasi xadim olaraq dövlət başçısı dəqiq bilirdi ki, bu münasibətlərə xələl gətirmək istəyənlər olacaq.

Bu gün Azərbaycan müstəqil xarici siyasət yürütdüyünə görə təzyiqlərə məruz qalır, özünə qarşı ikili standartlardan yanaşmanın şahidi olur. Tarixin inkişaf mərhələsində yaranan imkandan istifadə edib qanı bahasına müstəqilliyini bərpa edən Azərbaycanı böyük qüvvələr idarə etməyə, istədikləri kimi yönəltməyə, dövlətimizdən sui-istifadə etməyə çalışırlar. Lakin nədənsə ermənilərin işğalçılıq siyasətinə, onların törətdikləri soyqırımına göz yumurlar. Azərbaycan xalqı öz yolu ilə heç kimə mane olmadan irəliyə doğru getməyə can atarkən və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu yolda uğurlar əldə etməyə başlayarkən “insan hüquqları”, “demokratiya” yada düşür. Artıq bu anlayışlardan müstəqil dövlətlərin daxili və xarici siyasətinə nüfuz etmək üçün istifadə olunduğu heç kimdə şübhə doğurmur.

Lakin bu dəfə Azərbaycanı öz qonşusu ilə münaqişəyə cəlb edib, qarşılıqlı etimadsızlıq yaradıb “bir güllə ilə iki dovşan vurmağa” cəhd edirlər. Güllələrin biri İrana, ikincisi isə Azərbaycana qarşı yönəldilib. Münasibətlər pozulacağı təqdirdə onsuz da sanksiyalardan əziyyət çəkən İran iqtisadiyyatı zərbə altına düşəcək. Azərbaycan və İranın iqtisadi inkişafına böyük təkan verəcək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi yarımçıq qalacaq və bu layihəyə xərclənən vəsait hədər yerə gedəcək, İranın dünyaya çıxışı bağlanacaq. Siyasi səbəblərə görə dünya bazarında neftin qiymətinin artıb-azaldığı bir dövrdə öz iqtisadiyyatını şaxələndirməyə çalışaraq beynəlxalq nəqliyyat dəhlizlərinə önəm verən Azərbaycana tranzit rolunu oynamağa imkan verilməyəcək. Xarici mətbuatda yalan xəbərlərin dərc edilməsi məhz elə bu planların həyata keçməsi üçündür. Əlbəttə, İranda da, Azərbaycanda da “5-ci kolon” rolunu oynamaq istəyənlər tapılacaq ki, onlar da səs-küy salıb məsələni daha da şişirtməyə can ataraq əlaqələrin kəsilməsini tələb edəcəklər.

Bu cür siyasi texnologiya ilk dəfə deyil ki, tətbiq edilir. İraqa, Suriyaya, Əfqanıstana və başqa dövlətlərə edilən hərbi müdaxilələrdən əvvəl də xarici mətbuatda bu ölkələrdə kütləvi qırğın silahının olması haqqında məlumatlar yayılırdı. Lakin sonradan aydın olurdu ki, onlar nüvə silahına malik deyillər. Dünya ictimaiyyəti gördü ki, nüvə silahı, insan hüquqları, demokratiya sadəcə olaraq bir bəhanədir, səbəb isə yuxarıda qeyd etdiyimiz kimi müstəqil dövlətləri yönəltmək istəyidir.

Bu günlərdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün Facebook səhifəsində sözügedən mövzuya dair fikirlərini və dövlətimizin mövqeyini bildirərək yazıb: “Azərbaycan Qərbin qonşu dövlətlərlə bağlı apardığı kampaniyaların, sanksiyaların heç birinə qoşulmur, öz ərazisindən bu və ya digər ölkəyə qarşı platsdarm kimi istifadə edilməsinə imkan vermir. Azərbaycan 1990-cı illərin “demokratiya dalğası”nı onun vasitəsilə cənuba və Mərkəzi Asiyaya ixrac təşəbbüslərinə də müsbət yanaşmamışdı, bu gün də Böyük Yaxın Şərq, yeni “şiə hilalı” kimi proyektlərdə də yer almır, dost Rusiya, İran və Türkiyə xalqları əleyhinə heç bir sazişdə iştirak etmir. Hərçənd, bununla bağlı yetərincə təşviq, təhrik və təzyiqlər olub və davam edir”.

Azərbaycan və İran prezidentləri ona görə siyasi iradə nümayiş etdirməyiblər ki, hər hansı bir qəzetdə yazılan yalan xəbərə görə öz iradələrinin ziddinə addım atsınlar. Hər iki dövlət başçısı bu kimi siyasi texnologiyalarla yaxşı tanışdırlar. Prezident İlham Əliyev hələ 2005-ci ildə Azərbaycan xalqının mənafeyini hər şeydən uca tutduğunu və müstəqil xarici siyasət yürütdüyünü aşkar şəkildə ortaya qoyub. Belə ki, Qərbin İran ilə enerji sahəsində əməkdaşlıq etməmək tələb və təzyiqlərinə baxmayaraq, dövlətimizin başçısı bu əməkdaşlığa gedərək blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının təbii qaz ilə təmin edilməsinə nail oldu. Həmin dövrdə İran ilə əməkdaşlıq nəticəsində təbii qaz mübadiləsi həyata keçirildi. Azərbaycan Astaradan İrana, İran isə Təbrizdən Azərbaycanın əsas ərazisindən ayrı düşən Naxçıvan Muxtar Respublikasına qaz verdi. İran Prezidenti də 2005-ci ildə Naxçıvana rəsmi səfər edərək təbii qazın verilməsi mərasimində iştirak etdi. Bu fakt Azərbaycana qarşı təzyiqlərin faydasız olduğunu göstərdi.

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib