Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"İsrail Azərbaycandan çox şey öyrənə bilər" - Ehud Barak

Tarix:7-05-2018, 12:54

"İsrail Azərbaycandan çox şey öyrənə bilər" - Ehud Barak


İsrail üçün dinamik inkişaf edən, proqressiv və açıq müsəlman ölkəsi Azərbaycanla münasibətlər xüsusi dəyər kəsb edir.

Bunu stmegi.com portalına müsahibəsində İsrailin keçmiş baş naziri və müdafiə naziri Ehud Barak deyib. Barak bildirib: "Fikrimcə, iki ölkə minillik tarix, sülh və sabitlik axtarışına yönəldilmiş böyük ənənələrə malik müasir, gənc millətlərdir. Biz müdafiə və hər iki tərəfə xeyir gətirən təhlükəsizlik kimi sahələrdə qarşılıqlı fəaliyyəti və əməkdaşlığı inkişaf etdirdik. Bir sözlə, bir çox digər sahələrdə də tərəfimizdən vacib addımlar atılıb".

Barak qeyd edib ki, İsrail Azərbaycanla xalqın ümumilli lideri Heydər Əliyevin rəhbərliyi altında aparılan açıq dialoqa böyük dəyər verir: "Və təbii ki, biz çox hörmətli Azərbaycan Prezidenti İlham Əliyevlə işləməyə də çox şadıq".

Sabiq nazir vurğulayıb ki, ölkələr artıq bir çox sahələrdə əməkdaşlıq edir və İsrailin mütərəqqi və səmərəli fəaliyyət göstərən aqrar sistemləri tətbiq etdiyi kənd təsərüffatı sahəsi də əməkdaşlıq üçün perspektiv sahə ola bilər: "Əməkdaşlıq üçün digər sahə Azərbaycanın neft, qaz, boru xətləri kimi məsələlərdə onilliklər boyu təcrübəsi olan energetika sahəsi ola bilər. İsrail bu sahədə təcrübəsizdir və Azərbaycandan çox şeyi oyrənə bilər".

Hərbi sahədə əməkdaşlığa gəlincə, Barak deyib ki, bu gün Azərbaycan-İsrail hərbi əməkdaşlığı çox fəal inkişaf edir: "Rəsmi Bakı İsraildən dron və zirehli texnika, elektron kəşfiyyat avadanlığı, tank əleyhinə raketlər, zenit və bir çox başqa müasir silah növləri alır. Bu silahlardan bir neçəsi döyüş şəraitində uğurla istifadə olunub".

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident