Bakıda VI Beynəlxalq Humanitar Forum öz işinə başlayıb. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri iştirak edir.
Məlumat üçün nəzərinizə çatdıraq ki, VI Forum "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusuna həsr olunub. Bu mövzu ətrafında kifayət qədər maraqlı plenar sessiyalar və işçi sessiyalar təşkil olunacaq. Forumun əsas mövzusu Azərbaycan dövlətinin insan kapitalının inkişaf etdirilməsi siyasətinə dəstək kimi qəbul olunmalıdır. Forumun mövzusu məhz ölkəmizin iqtisadi inkişafının insan kapitalına çevirmə modelini və strategiyasını həm milli, həm də beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı verəcək. İki gün davam edəcək builki Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edir