Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Sergey Markov: "Azərbaycan ümummilli lider Heydər Əliyevin sayəsində Cənubi Qafqazın ən mühüm ölkəsidir"

Tarix:10-12-2018, 17:50

Sergey Markov: "Azərbaycan ümummilli lider Heydər Əliyevin sayəsində Cənubi Qafqazın ən mühüm ölkəsidir"


Azərbaycan ümummilli lider Heydər Əliyevin sayəsində Cənubi Qafqazın ən mühüm ölkəsidir.

Dövlət Dumasının sabiq deputatı Sergey Markov deyib.

Onun sözlərinə görə, heç şübhəsiz ki, ulu öndər Heydər Əliyev postsovet məkanının ən böyük liderlərindən biri olub:

"Heydər Əliyev Azərbaycan iqtisadiyyatının sürətli və səmərəli inkişafını təmin edib. Ona qədər Azərbaycan aqrar ölkə idi. Heydər Əliyev əmək məhsuldarlığının sürətli artımını təmin edə və bunun hesabına Moskvada Azərbaycanın sənaye potensialının inkişafına investisiyalara yol aça bildi. Həmçinin elm və mədəniyyətin inkişafına böyük həcmli investisiyalar qoyuldu və bununla da Azərbaycan sürətlə inkişaf etməyə və ölkədə müasir iqtisadi, sosial sistem formalaşmağa başladı".

S.Markov qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyev "Xalq cəbhəsi"nin qeyri-peşəkar və radikal siyasəti nəticəsində yaranmış vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı:

"Diplomatik istedadı sayəsində Heydər Əliyev Dağlıq Qarabağda müharibəni dayandıra bildi. O, siyasi sabitliyi təmin etdi və Azərbaycan xalqının bu günə qədər yararlandığı sabit siyasi rejimi qurdu. O, unikal siyasi sistem yaratdı".

Politoloq vurğulayıb ki, Heydər Əliyev bir tərəfdən dini ənənələrə hörməti, digər tərəfdən isə istənilən radikalizm təzahürünün sərt şəkildə qarşısının alınmasını nəzərdə tutan model yaratmaqla radikalizm problemini həll etdi: "Heydər Əliyev qeyri-dini və dövlət qurumları ilə İslam dininin qarşılıqlı fəaliyyət sistemini əsas götürdü və bu da Azərbaycana bir sıra ciddi problemlərdən qaçmağa imkan verdi".

Azərbaycanın neft-qaz sektorunun inkişafında ümummilli liderimizin rolundan danışan S.Markov bildirib ki, Heydər Əliyev ölkədə karbohidrogen hasilatı və neft-qaz yataqlarının işlənməsi üçün əlverişli şərait yaratdı, böyük həcmdə xarici investisiyaların cəlb olunmasına imkan verən "Əsrin müqaviləsi"nin bağlanmasını təmin etdi: "Bununla da eyni vaxtda Azərbaycanın enerji ehtiyatlarının Avropa bazarlarına nəqlinin əsası qoyuldu".

S.Markov deyib ki, Heydər Əliyev bu möhtəşəm sistemi İlham Əliyevə ötürə bildi: "Prezident İlham Əliyev atasının işini davam etdirərək müasir multikultural cəmiyyətin formalaşması daxil olmaqla, bir sıra mühüm tarixi tapşırıqları yerinə yetirdi:

"Heydər Əliyev Azərbaycan xalqının böyük oğludur və siyasi baxımdan həssas dönəmdə dövlət postunu bu cür böyük siyasətçinin tutması Azərbaycan xalqının böyük uğuru və xoşbəxtliyidir. Məhz buna görə də Azərbaycan Cənubi Qafqazın ən mühüm ölkəsidir".

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident